Dil seçimi
A- A+

Summary:

Detail:

9 Noyabr Azərbaycan Respublikası Dövlət Bayrağı Günüdür. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 Noyabr tarixli iclasında qəbul olunmuşdur. 1990-cı il Noyabrın 17-də isə Ümummilli Lider Heydər Əliyevin səyi nəticəsində Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunmuşdur. 1991-ci il Fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikamızın dövlət bayrağı elan edilmişdir. Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il Noyabrın 18-də imzaladığı sərəncamla 9 Noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur. Xalqımızı Bayraq Günümüz münasibətilə təbrik edir və tez bir zamanda Azərbaycan bayrağının Xankəndidə və Qarabağda dalğalanması arzulayırıq.

Title: Dövlət Bayrağı Günü

News Date: 09.11.2016