Dil seçimi
A- A+

Summary:

“Ziraat Bank Azərbaycan” ASC Azərbaycanda yarandığı ilk gündən etibarən korporativ yönlü fəaliyyətə başlayaraq Azərbaycanla  Türkiyə və digər ölkələr arasında xarici ticarətin maliyyələşdirilməsi istiqamətində ciddi addımlar atmışdır.

 

Detail:

“Ziraat Bank Azərbaycan” ASC Azərbaycanda yarandığı ilk gündən etibarən korporativ yönlü fəaliyyətə başlayaraq Azərbaycanla  Türkiyə və digər ölkələr arasında xarici ticarətin maliyyələşdirilməsi istiqamətində ciddi addımlar atmışdır.

Hər zaman xidmət keyfiyyəti və fərdi yanaşması ilə seçilən “Ziraat Bank Azərbaycan” “Siz Banka gəlməyin, Bank olduğunuz yerə gəlsin” şüarı ilə müştərilərinə banka gəlmədən bank xidmətlərindən istifadə etmə imkanı yaradan daha müasir, sürətli və keyfiyyətli İnternet Bankçılıq xidmətini təqdim etməyə başlayır.

Ziraat Bank Azərbaycan İnternet Bankçılıq Xidmətindən istifadə edən müştərilər hesabları arası köçürmələr apara, yerli və xarici banklara köçürmələr edə, vergi borclarını ödəyə, valyuta alqı-satqı əməliyyatları və bir çox başqa əməliyyatları distant şəkildə sürətli və asanlıqla həyata keçirə bilərlər.

İnternet Bankçılıq sisteminin istifadəçi kütləsini böyütmək eyni zamanda təhlükəsizliyin təminatı olması üçün sistemə giriş üsulları bir neçə seçim təklif olunmaqla istifadəçi istəyinə uyğun tənzimlənir. İstifadəçi müştəri  nömrəsi və ya telefonu elektron imza olaraq istifadə etmə imkanı yaradan – Asan İmza mobil identifikasiya üsullarından birini seçərək İnternet Bankçılıq sisteminə giriş edə bilər. Asan İmza texnologiyası sistemə tez və təhlükəsiz girişi təmin edir, əlavə qurğular və programlar olmadan, sadəcə SİM kartlı telefon ilə elektron sənədləri imzalamaq imkanı yaradır.

Korporativ və Fərdi müştərilər üçün nəzərdə tutulmuş fərqli əməliyyat və istifadəçi panelləri İnternet Bankçılıq xidməti istifadəçilərinə uzaqdan bank xidmətinin imtiyazlarından maksimum istifadə etmə rahatlığı yaradır.

İnternet Bankçılıq xidmətinin növbəti mərhələlərdəki yenilənmələri ilə sistem daim sektor üçün çağdaş funksiyaları özündə cəmləyərək istifadəçisi üçün maksimum zaman və xidmət rahatlığı yaradacaq.

Qeyd etmək lazımdır ki, “Ziraat Bank Azərbaycan” İnternet Bankçılıq xidmətinin tətbiqi üzərində Türkiyənin program təminatı üzrə aparıcı şirkəti olan Veriparkla birgə çalışmışdır.

Xidmətə qoşulmaq istəyən müştərilərin “Ziraat Bank Azərbaycan”-ın xidməti struktur bölmələrinə gələrək “Sifariş Forması”ı və “Müqavilə”ni rəsmiləşdirməkləri lazımdır.

 online.ziraatbank.az

Title: Ziraat Bank Azərbaycan daha müasir, sürətli və keyfiyyətli İnternet Bankçılıq xidmətini təqdim etməyə başlayır.

News Date: 30.08.2017