Dil seçimi
A- A+

Summary:

“Ziraat Bank Azərbaycan” ASC-nin təqdim etdiyi İnternet Bankçılıq xidmətləri arasına yeniləri əlavə olunub

Detail:

Bir neçə ay öncə “Ziraat Bank Azərbaycan” ASC müştərilərinə Türkiyənin program təminatı üzrə aparıcı şirkəti olan “Veripark”la birgə hazırladığı və banka gəlmədən bank xidmətlərindən istifadə etmə imkanı yaradan müasir İnternet Bankçılıq xidmətini təqdim etməyə başlayıb.

Bankın bu xidmətindən istifadə edən müştərilər hesabları arası köçürmələri, yerli və xarici banklara köçürmələri, vergi borcu ödəmələrini, valyuta alqı-satqı əməliyyatlarını və bir çox başqa əməliyyatları distant şəkildə həyata keçirə bilirlər. İstifadəçi müştəri  nömrəsi və ya Asan İmza mobil identifikasiya üsullarından birini seçərək İnternet Bankçılıq sisteminə giriş edə bilir. Korporativ və Fərdi müştərilər üçün nəzərdə tutulmuş fərqli əməliyyat və istifadəçi panelləri İnternet Bankçılıq xidməti istifadəçilərinə uzaqdan bank xidmətinin imtiyazlarından maksimum istifadə etmə rahatlığı yaradır.

2018-ci ildən etibarən isə “Ziraat Bank Azərbaycan” ASC-nin təqdim etdiyi İnternet Bankçılıq xidmətləri arasına kredit borcu ödənişi, bankdaxili və ölkədaxili kütləvi pul köçürmələri, kommunal, mobil, sığorta, internet, TV və digər xidmətlərin ödənişi də əlavə olunmuşdur. Sistemin HÖP-ə (Hökumət Ödəniş Portalı) inteqrasiyası sayəsində xidmət istifadəçiləri HÖP üzərindən etdikləri ödənişləri də Ziraat Bank Azərbaycan İnternet Bankçılıq sistemindən həyata keçirə biləcəklər. Bundan başqa qeyd olunan tarixlərə görə hesab üzrə bank çıxarışı əldə etmə imkanı verən sistem istifadəçiyə maksimum zaman və xidmət rahatlığı yaradacaq.

Xidmətə qoşulmaq istəyən müştərilərin “Ziraat Bank Azərbaycan” ASC-nin xidməti struktur bölmələrinə gələrək “Sifariş Forması”ı və “Müqavilə”ni rəsmiləşdirməkləri lazımdır.

Title: “Ziraat Bank Azərbaycan” ASC-nin təqdim etdiyi İnternet Bankçılıq xidmətləri arasına yeniləri əlavə olunub

News Date: 09.01.2018