Dil seçimi
A- A+

Summary:

“Smart Safe”-lərdən artıq “Ziraat Bank Azərbaycan”-ın korporativ müştəriləri və kart müştəriləri də faydalana biləcəklər.

Detail:

2017-ci ilin noyabrından “Ziraat Bank Azərbaycan”-ın “İçərişəhər” filialında istifadəyə verilən “Smart Safe” cihazı bankın fiziki şəxs müştərilərinə kassaya növbə gözləmədən şəxsən hesablarına AZN, TRY,  USD, EUR və GBP valyuta növlərində mədaxil etmə imkanı yaratdı. “Smart Safe”-ə daxil edilən vəsait bank tərəfindən dərhal qəbul olunaraq cari hesaba yerləşdirilir. Beləliklə, müştəriyə vaxt qənaiti, sürət və təhlükəsizlik qazandıran özünəxidmət servisi bankın nağd pul dövriyyəsini sürətləndirməklə bərabər müştəri məmnuniyyətini artırdı.

2018-ci ilin aprel ayından etibarən “Smart Safe”-in əməliyyat imkanları genişləndirilərək daha funksional hala gətirilmişdir. Artıq hüquqi şəxs müştərilər də cari hesablarına vəsaiti “Smart Safe” vasitəsi ilə mədaxil edə bilərlər. Cari hesablarla yanaşı həm hüquqi şəxs müştərilərin, həm fiziki şəxs müştərilərinin kart hesablarının balansının da artırılması “Smart Safe” vasitəsi ilə mümkündür.

Title: “Smart Safe”-lərdən artıq “Ziraat Bank Azərbaycan”-ın korporativ müştəriləri və kart müştəriləri də faydalana biləcəklər

News Date: 16.04.2018