Dil seçimi

Müraciətlərə Baxılma Prosesi

Banka müraciət etmək üçün mümkün vasitələr

Müştərilərimiz aşağıdakı formalarda Banka müraciət edə bilərlər:

Şifahi müraciət formasında:

Yazılı müraciət formasında:

Müraciətlərin cavablandırılması müddətləri

Banka daxil olmuş istehlakçı müraciətləri ən geci 10 iş günü ərzində cavablandırılır. İstehlakçıların müraciətləri əlavə araşdırma tələb edirsə, müraciətlərin cavablandırılması 20 iş gününədək uzadıla bilər. Bu zaman, istehlakçıya araşdırmanın gecikmə səbəbləri, atılacaq növbəti addımlar və cavabın hazır olacağı son tarix aydın şəkildə izah olunur. Araşdırma zamanı əlavə sənədlərin təqdim olunması tələb olunursa, bununla bağlı istehlakçıya məlumat verilir, sənədlərin təqdim olunması üçün son tarixlər göstərilir.

İstehlakçıların müraciətləri ilə bağlı Mərkəzi Bankın sorğuları 4 iş günü ərzində araşdırılır və Mərkəzi Banka cavab göndərilir. Mərkəzi Bank müraciətlərin daha qısa müddətdə cavablandırılmasını tələb etdikdə sorğuda göstərilmiş müddətdə cavabın göndərilməsi təmin edilir. Mərkəzi Bank tərəfindən istehlakçıların məlumatlandırılması tələb olunarsa, müraciətlərə baxılması və cavablandırılması ən geci 10 iş günü, əlavə araşdırma tələb etdiyi halda ən geci 20 iş günü ərzində həyata keçirilir.

İstehlakçı müraciətləri ilə bağlı növbəti mərhələlər

İstehlakçılar müraciətləri ilə bağlı bankın cavabı ilə razılaşmadıqda və şikayətin yenidən araşdırılması məqsədilə:

Mərkəzi Bankın əlaqə məlumatları

Ünvan: AZ1014, Azərbaycan Respublikası, Bakı şəh., R.Behbudov küç. 32,
Tel: (+994 12) 493 11 22
Faks : (+994 12) 493 55 41
E-Mail: mail@cbar.az

Bankdaxili qaydalar və qısa icmal

İstehlakçıların müraciətləri ilə bağlı Mərkəzi Bankın və digər dövlət qurumlarının sorğuları Bankın rəhbərliyinə və ya hər hansı struktur bölməsinə və ya filialına daxil ola bilər. Sorğunun məzmunundan asılı olaraq Müştəri Münasibətləri bölməsi tərəfindən icraçı struktur bölmələr müəyyən olunur, müraciət icra üçün təqdim edilir və icrasına nəzarət olunur.

Bankın web səhifəsindən daxil olan müraciətlər: info@ziraatbank.az elektron ünvanı vasitəsi ilə birbaşa Banka daxil olur. Filiala daxil olan şikayətlər filial müdiri və ya filialın müvafiq əməkdaşı tərəfindən qəbul edilir və müvafiq struktur bölməsinə göndərilir.

Sosial şəbəkələrdən daxil olan şikayətlər isə Satış və Marketinq departamenti tərəfindən qəbul edilir və Müştəri Münasibətləri bölməsinə yönəldilir.