Dil seçimi

İnsan Resursları

Ziraat Bank insan resurslarını ən əhəmiyyətli aktivi hesab edir. Yüksək ixtisaslı və motivasiyalı işçiləri ilə müştərilərə ən rəqabətçil, müasir və səmərəli xidmət göstərmək və Ziraat Bank Azərbaycanı risklərin bütün növlərindən qorumaq üçün son dərəcə vacibdir. Ziraat Bank Türkiyə, Türkiyənin bank sektorundakı liderliyini öz işçi qüvvəsinin hesabına gerçəkləşdirdiyini hesab edir. Buna görə də, Ziraat Bankın insanlar üçün nəzərdə tutulmuş insan resursları siyasətinə digər törəmə banklarında olduğu kimi, Ziraat Bank Azərbaycanda da əməl ediləcəkdir.

Ziraat Bank Azərbaycanın təsdiq edilmiş təşkilati strukturuna uyğun olaraq, sektorun standartlarından daha yüksək bacarıqlara malik olan adekvat sayda işçilərin işə götürülməsi planlaşdırılır. Bankın işçiləri öz sahəsində peşəkar olduqları üçün Bank fəaliyyətinin inkişafında da əhəmiyyətli rola sahib olacaqdırlar. Hədəflərə nail olmaq və yüksək ixtisaslı işçi profili yaratmaq üçün Ziraat Bank Azərbaycan təcrübəli və peşəkar heyəti işə cəlb etməyi planlaşdırır. Ziraat Bank Azərbaycan eyni zamanda işçi profilində savadlı və iddialı, lakin təcrübəsiz olan gəncləri də işlə təmin etməkdə istəklidir. Potensial biznes genişlənməsi ona imkan verdikcə paralel olaraq əlavə kadrların işə qəbul edilməsi planlaşdırılır. Təşkilati strukturlar "çarpaz satış" və "müştəri məmnuniyyəti" prinsiplərinə, eləcə də yerli tələblərə əsaslanır.

Eyni zamanda, işçi təlimləri həmişə Ziraat Bankın və onun törəmə şirkətlərinin ən əhəmiyyətli gündəm maddəsini təşkil edir. Sürətlə dəyişən ətraf mühitə və müştərilərin müxtəlif tələblərinə uyğun olaraq Ziraat Bank Azərbaycan müştərilərə ən səmərəli və məhsuldar xidməti təmin etmək üçün bütün səviyyələrdə daxili təlim proqramlarını təklif edir.

Ziraat Bank işdə və sinif otağında həmin ölkədə və ya xaricdə təlim fəaliyyəti daxil olmaqla ən nüfuzlu təlim şirkətləri və universitetləri ilə əməkdaşlıq edərək, öz işçilərinə, o cümlədən xarici bölmələrə təlim imkanlarını təklif edir. Gələcək rəhbərlərin təlimi məqsədilə Ziraat Bank öz işçilərinə ən yaxşı peşə təlimini və şəxsi inkişaf proqramlarıni təqdim edir. Ziraat Bank Türkiyədə ilk və yeganə olan "Ziraat Bank Məktəbini" təsis etmiş və xaricdəki törəmə Banklarının kadrları da bu məktəb daxilində təlim alma imkanlarına sahib ola bilmişdirlər. Təlim proqramı konfranslar, ekspertlər qrupu, iş yerində təlim sessiyası, şəxsi inkişaf dərsləri və s. və sosial obyektlər, müasir təlim mərkəzləri və ixtisaslı təlimçilərlə tam şəkildə təmin edilmişdir.