Dil seçimi

İdarə Heyəti

1. İdarə Heyətinin Sədri - AVNİ DEMİRCİ

01.02.1967-ci il tarixində Türkiyə Respublikasında anadan olmuşdur. Xüsusi ilə, T.C. Ziraat Bankı A.Ş. - nin xarici dövlətlərdəki törəmə Banklarında və filiallarında quruculuq fəaliyyətlərində yaxından iştirak etmişdir. Belə ki, T.C. Ziraat Bankı A.Ş. – nin Özbəkistan, Türkmənistan və Rusya Fedarasiyasındakı törəmə banklarında uzun müddət rəhbər vəzifələrdə çalışmışdır. T.C. Ziraat Bankı A.Ş, onun təcrübə və peşəkarlığından faydalanmaq üçün, onu, çox önəm verdiyi Azərbaycanda yeni fəaliyyətə başlayan “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin Sədri vəzifəsinə təyin etmişdir. Avni Demirci Bank sektorunda 23 ildən artıq peşəkar iş təcrübəsinə malikdir. 30.12.2014-cü il tarixindən etibarən Ziraat Bank Azərbaycan ASC-nin İdarə Heyətinin Sədri vəzifəsini icra etməkdədir.

Email: info@ziraatbank.az

Tel:    (+994)12 505 56 16 

2. İdarə Heyətinin Üzvü -  VÜQAR RƏFİYEV

07.07.1978-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. 1999-2010-cu illər arasında Azərbaycanın aparıcı bankı olan “Azərbaycan Beynəlxal Bankı”ASC-də müxtəlif vəzifələrdə çalışmışdır. 2010-cu il tarixində “Bakı Ticarət Bankı” ASC-də baş mühasib, İdarə Heyətinin üzvü vəzifəsində çalışmış və 2015-ci il tarixindən isə “Ziraat Bank Azərbaycan”ASC-də baş mühasib, İdarə Heyətinin üzvü vəzifəsində çalışmaqdadır. Ümumilikdə 15 il Bank sektorunda iş təcrübəsinə malikdir. 30.12.2014-cü il tarixindən etibarən Ziraat Bank Azərbaycan ASC-də İdarə Heyətinin üzvü , Departament Direktoru, Baş Mühasib vəzifəsini icra etməkdədir.

Email: info@ziraatbank.az

Tel:    (+994)12 505 56 16