Dil seçimi

Müşahidə Şurası

1. Müşahidə Şurasının Sədri –  PEYAMİ ÖMER ÖZDİLEK 

Ortadoğu Teknik Universiteti  Siyasi Elmlər və Dövlət İdarəçiliyi Fakültəsini bitirmişdir. 1996-ci ildə Türkiyə Ziraat Bankında Kiçik Audit Mütəxəssisi olaraq fəaliyyətə başlamış və audit üzrə müxtəlif vəzifələrdə çalışdıqdan sonra sırası ilə London, Gayrettepe Şöbə Müdiri, İnsan Resursları Şöbə müdiri, İnsan Resursları Baş Direktor Müavini və Maliyyə Koordinasiyası Baş Direktor Müavini vəzifələrində çalışmışdır. 2017-ci ilin iyul ayından etibarən isə İnsan Resursları Baş Direktor Müavini vəzifəsində işinə davam etməktədir.

2. Müşahidə Şurasının Üzvü – NURULLAH BAKIR

1977-ci ildə anadan olmuşdur. 1998-ci ildə Erciyes Universitetinin İqtisadiyyat fakültəsini bitirmişdir. Bank fəaliyyətinə 1999-cu ildə Pamukbankda Maliyyə Analizi Mütəxəssisi olaraq başlamış, Maliyyə Analizi ve Ticari Kreditlərin Verilməsi Departamentlərində çalışdıqdan sonra 2003-2005-ci illər arasında Tekstilbankda çalışmışdır. 2005-2008-ci illər arasında Anadolubankda Korporativ Kreditlərin Verilməsi və Korporativ Marketinq Departamentlərində Müdir Müavini, 2008-2014-cü illər arasında isə şöbə müdiri və Maliyə Analizi departamentinin direktoru vəzifələrində çalışmışdır. 2015-ci ildə Türkiyə Ziraat Bankında Firma Analizi Departamentində Menecer olaraq çalışmağa başlayan Bakır, 2016-cı ilin sentyabr ayından etibarən Orta və Kiçik Sahibkarlıq Kreditlərin Verilməsi və İdarə edilməsi Departamenti 2-nin Direktoru vəzifəsinin icrasını davam etdirir. 

3. Müşahidə Şurasının Üzvü – FERHAT PİŞMAF

1972-ci ilə Sunqurlu/Çorumda anadan olmuşdur. Ankara Universitetinin Maliyyə fakültəsini bitirdikdən sonra 1996-cı ildə Türkiyə Ziraat Bankında Audit departamentində mütəxəssis olaraq fəaliyyətə başlamış, Audit, Kənd Təsərrüfatı üzrə Bank məhsullarının Marketinqi Departamenti Direktoru, Kənd Təsərrüfatı Kreditləri departament direktoru, Kənd Təsərrüfatı Kreditləri Grupu Direktor vəkili, Orta və Kiçik Sahibkarlıq Kreditlərin Verilməsi və İdarə edilməsi Departamenti 1-in Direktoru vəzifələrində çalışan Pişmaf, 2016-cı il fevral ayından etibarən  Kənd Təsərrüfatı Siyasəti üzrə Departament Direktoru vəzifəsində çalışmaqdadır.