Dil seçimi

Kreditlər

Ziraat Bank Azərbaycan ASC sahibkar və korporativ seqment müştəriləri üçün yerli və xarici valyutada nağd və qeyri nağd kreditlər təklif edir. Kreditlər şirkətlərin pul vəsaitlərinin hərəkəti və mövcud layihələrin xüsusiyyətləri nəzərə alınaraq qısa, orta və uzun müddətli olaraq verilə bilər.
Ayrıla biləcək kreditin maksimum məbləği müştərinin, ödəmə gücü, maliyyə ehtiyacları və fəaliyyət dövrü, layihə xüsusiyyətləri ilə müştərinin kredit tarixçəsi və bankın kredit siyasəti istiqamətində müəyyənləşdirilir.
Xarici ticarət əməliyyatlarının maliyyələşdirilməsi üçün isə təminat məktubu və akreditif məhsulları təqdim edilərək müştərilərin beynəlxalq ticarətdəki fəaliyyətlərinin artırılması nəzərdə tutulur.
Qısa müddətli  / təcili dövriyyə vəsaiti ehtiyaclarının qarşılanması məqsədiylə overdraft şəklində kredit limitləri təyin olunaraq sürətli xidmət göstərilməsi planlaşdırılır.