Dil seçimi

Əmanətlər

Ziraat Bank Azərbaycan Açıq Səhmdar Cəmiyyəti 15 May 2015-ci il tarixdən Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Əmanətlərin Sığortalanması Fondu tərəfindən qəbul edilmiş qərara əsasən 01 mart 2016-cı il tarixdən etibarən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3 faiz, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsininin yuxarı həddi 15 faiz müəyyən edilmişdir.Bu faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilən əmanətlər qorunmur və bu əmanətlərə görə kompensasiya ödənilmir.

2016-cı il fevralın 1-dən etibarən 3 (üç) il müddətində fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri gəlir vergisindən azad edilmişdir.

Standard Əmanət Məhsulu

Pul vəsaitlərinizi artırmağın yollarını axtarırsınız? O zaman Ziraat Bank Azərbaycan ASC sizlərə aşağıdakı şərtlərlə əmanət məhsulu təklif edir. 

Minimum Əmanət   Məbləği

  • 1.000 AZN/USD/EUR
  • 2.500 TRY

Minimum Əmanət  Müddəti

AZN, USD, TRY valyutalı əmanətlərdə 3 ay

EURO valyutalı əmanətlərdə 6 ay

Maksimum Müddət

36 ay

Faizlərin Ödəniş Şəkli

Aylıq, üç ayda bir və müddət sonunda

Müddətin Uzadılması

Müqavilədə müəyyən olunan müddətin bitdiyi sonuncu gün əmanət Əmanətçi tərəfindən geri götürülmədikdə, müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılır.

Əmanətin Vaxtından Əvvəl Götürülmesi

Əmanət müqaviləsinə müştəri tərəfindən vaxtından əvvəl xitam verilməsi zamanı, o günə kimi müştəriyə ödənilmiş faizlər əmanətin ana məbləğindən silinir və müştəriyə AZN və TRY valyutalı əmanətlər üzrə 1%, USD valyutalı əmanətlər üzrə 0.2%, EUR valyutalı əmanətlər üzrə isə  0.1% illik faiz dərəcəsi üzərindən əmanətin qüvvədə olduğu müddət üçün faizlər hesablanıb ödənir.

Əmanətlər üzrə faiz dərəcələri