Dil seçimi

Əməliyyat Riski

Əməliyyat riski bankın daxili proseslərindən asılı olaraq çatışmazlıq və ya səhvlər nəticəsində uğursuzluqla nəticələnmiş, insan resurslarından, idarəetmə sistemindən və bankın nəzarət edə bilmədiyi kənar amillərdən meydana gələn risklərdir. Əməliyyat risklərinin aşağıdakılar aiddir: 

İnsan resursları riski: Bankın işçiləri tərəfindən onun fəaliyyəti ilə əlaqədar müəyyən olunmuş hüquqi standartların və bank daxili qaydaların pozulması nəticəsində xərclərin (zərərin) ortaya çıxması riskidir. 

Bank insan resursu ilə əlaqədar olaraq risklərin idarə edilməsi istiqamətində düzgün kadr siyasətinin və effektiv risklərin idarə edilməsinə imkan verən təşkilatı strukturun tətbiq olunmasını nəzərdə tutur. 

Bank əməkdaşlarının peşəkarlıq keyfiyyəti və səriştələrinin artırılması istiqamətində təlimlərin təşkil edir və iş keyfiyyəti standartlarının qorunub saxlanılması üçün müvafiq addımlar atır. Bank insan resurslarının idarə edilməsini işini Mərkəzi Bankın “İnsan Resursları və Riayət Olunma Standartı”nı əsas alaraq qurmuşdur.  

Sistem riski: Bankda olan sistem və texnologiyalardan irəli gələn bir səbəblə ortaya çıxan problemlərlə əlaqədar xərclərin (zərərin) yaranması riskidir. Hər hansı bir səbəblə sistem və ya texnologiyalardan irəli gələn itkilər insan resursları riski və ya kənar amil riski kimi təsnifləşdirilməlidir.

Sistem risklərinin idarə edilməsi və mümkün ehtimal olunan risk hallarının aşkar edilməsi istiqamətində Bankın informasiya texnologiyalarından məsul struktur bölmə ilə birgə koordinasiyalı iş təşkil olunmuşdur. Bankın informasiya təhlükəsizliyini təmin edilməsi Mərkəzi Bankın “İnformasiya Texnologiyaları Standartı” əsas alınaraq müvafiq standartlar əsasında təşkil olunması nəzərdə tutulur. 

Proses riski: Bankda qayda və iş proseslərində olan xətalar və ya müxtəlif əməliyyat və fəaliyyət növlərini əhatə edən qaydaların olmamasıyla əlaqədar yaranan riskdir. Bank bu riskin idarə ediməsi məqsədilə, proseslərin təhlilini apararaq uyğun iş prosesinin təmin edilməsini və mümkün ehtimal olunan risklərin qarşısının alınmasını nəzərdə tutan iş prosesləri hazırlamışdır. 

Hüquqi risk: Bankın bağlanmış müqavilələrinin mövcud qanunvericiliyə və normativ aktların tələblərinə uyğun olmayan şəkildə tərtib olunmasına nəticəsində xərclərdən yaranan riskdir. Bu riskin yaranama səbəbi olaraq, bankın ölkə qanunvericiliyinin və nəzarət orqanının mövcud təlimatlarına riayət olunmaması, müqavilə şərtlərinə riayət olunmaması və ya pozulması aid oluna bilər.