Dil seçimi

İmic Riski

İmic riski bank fəaliyyətində müştəri məmnuniyyətinin qorunmaması, müştərilər, kontr-agentlər, nəzarət orqanları tərəfindən bank fəaliyyətinə uyğun olmayan informasiyanın yayılması nəticəsində bankın gəlirlilik səviyyəsinə mənfi təsir göstərən riskdir. 

İmic riskinin yaranmasına səbəb ola biləcək əsas faktorlar bank haqqında həqiqətə uyğun olmayan məlumatların yayılması, nəzarət orqanları tərəfindən bank fəaliyyətində tətbiq olunmalı olan qanunvericilik aktlarının və təlimatların tələblərinə riayət olunmaması hallarının aşkar edilməsi, bankın maliyyə vəziyyətinin pisləşməsi nəticəsində zərərin artımı, risklərin idarə edilməsində yetərsizlik kimi amillər təsir edə bilər. Bank imic riskinin baş verməsi nəticəsində maliyyə çətinlikləri, likvidlik riski, kredit riski, müştəri etibarsızlığı kimi xoşagəlməz hallarla qarşılaşa bilər. Banklar imic riskinin qarşının alınması üçün müxtəlif metodlardan istifadə edir. 

“Ziraat Bank Azərbaycan” ASC, müştərilərə keyfiyyətli xidmət göstərən, dayanıqlı və etibarlı biznes tərəfdaş olduğunun təsdiq edilməsinə xüsusi önəm verir. Bank biznes sektoru və müştərilərin maliyyə ehtiyaclarını qarşılaya biləcək və vəsaitlərin etibar olunacağı maliyyə institutu olaraq özünü təsdiq etmək üçün müsbət imicin formalaşdırılması istiqamətində fəaliyyət göstərir.