Dil seçimi

Kredit Riski

Kredit riski borcalanın öhdəliklərini vaxtında tam və ya qismən yerinə yetirməməsi, nəticəsində zərərin yaranması riskidir.

Bankın müvafiq struktur bölmələri kredit portfelinin sektorlar, regionlar, subyektlər üzrə cəmləşməsi, vaxtı keçmiş kreditlərin təhlillərini aparır. Bu zaman Bank tərəfindən verilən kreditlərin qarşılığında adekvat təminatla təmin edilməsi kimi risk amilləri nəzərə alınır.

Ziraat Bank Azərbaycan kredit riski və kredit portfelinin düzgün idarə edilməsi məqsədilə bir sıra metodlardan istifadə edir.  Bu metodlara, borcalanların maliyyə vəziyyətinin araşdırılması, verilmiş kreditlərin monitorinqi, kredit ödəmə qabiliyyətinə uyğun olaraq limitlərin verilməsi, səlahiyyətlər bölgüsünün tətbiqi, aidiyyatı şəxslər üzrə tətbiq olunan normativlərə riayət olunması, təminat olaraq alınan girovların yenidən qiymətləndirilməsi, kreditlərin sektorlar və sahələr üzrə diversifikasiyası, və sair metodlar daxildir.