Dil seçimi

Likvidlik Riski

Likvidlik riski planlaşdırılan və gözlənilməyən ödənişlərin vaxtında və effektiv şəkildə həyata keçirilə bilməməsi, bu ödənişlərin əlavə qaynaqlar vasitəsilə təmin edilə bilməməsi riskidir.

Likvidlik riskinin əsas yaranma faktorları olaraq; bankın aktivlərinin keyfiyyətinin aşağı olması, faiz siyasətinin yalnışlığı, cəlb olunmuş resursların uyğunsuz müddətlərdə yerləşdirilməsi (həmçinin kreditlərin verilməsi); imic riskinin yaranması; kredit portfelinin keyfiyyəti və gəlirlilik səviyyəsinin aşağı düşməsi və s. aid edilir.  

Likvidlik mövqeyini qoruyub saxlamaqla, etibarlı və maliyyə vəziyyəti ilə dayanıqlı bir bank olaraq fəaliyyət göstərmək üçün “Ziraat Bank Azərbaycan” ASC vəsaitlərinin düzgün tənzimlənməsinə əhəmiyyətlə yanaşır. Belə riskdən qorunmaq məqsədilə Bank, cəlb olunan resursların gəlirlik əldə edilməsi üçün səmərəli şəkildə yerləşdirilməsinə, likvidlik riski yaranma ehtimalı olan hallarda maliyyə resursları ilə təmin olunma kanallarının yaradılmasına, aktiv-passivlərin müddətlərinin düzgün idarə olunmasına çalışır.