Dil seçimi

Strateji Risk

Strateji risk bankın səhmdarları tərəfindən müəyyən edilmiş strategiyaya əsasən hazırlanmış və həyata keçirilməsi nəzərdə tutulan Strateji Planın tələblərinə riayət olunmaması nəticəsində yaranan riskdir. 

Bu riskin əsas yaranma faktorları olaraq, bankın strateji baxışına uyğunluq təşkil etməyən qərarların qəbul edilməsi, səhvlər nəticəsində baş verən itkilər, bankın strateji hədəflərinə nail olmağı təmin edə biləcək maliyyə və insan resurslarının lazımi həcmdə təmin olunmaması, bankın risk iştahasının həcminin qeyri-adekvat olması və s. aid oluna bilər.

“Ziraat Bank Azərbaycan” ASC strateji riskin idarə edilməsi məqsədilə, bır sıra metodlardan istifadə edir. Bank bu riskin idarə edilməsində effektiv idarəetmə strukturunun tətbiqindən, səlahiyyətlərin sistemli və düzgün bölgüsündən, nəzarət mexanizmləri, limitlərin tətbiqi, fasiləsiz monitorinq və bu kimi vasitələrdən istifadə edir.