İnformasiya Texnologiyaları Departamentinə Bank Əməliyyat Sisteminə dəstək üzrə mütəxəssis vəzifəsinə işə dəvət

Vəzifəyə olan tələblər:

•    İnformasiya Texnologiyaları və ya oxşar ixtisas üzrə Bakalavr dərəcəsində ali təhsil;
•    Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti;
•    Bank sektorunda minimum 1 il iş təcrübəsi arzu olunandır;
•    IT analitik və ya oxşar sahədə iş təcrübəsi;
•    Komandada işləmək, individual qərarlar ala bilmək bacarığı;
•    Biznesin tələblərini anlamaq;
•    Avtomatlaşdırılmış proseslərdə (Biznes, İT) iştirak etmiş olmaq;
•    Proqram təminatının təmin olunması prosesi haqqında biliklər;
•    Problem həll etmə bacarığı və analitik təfəkkür.


Əsas vəzifələr:
•    Texniki tapşırıqların IT və digər əməkdaşlar ilə müzakirə edilməsi;
•    Bank sistemlərində istifadəçi rollarının dəyişdirilməsi, təyin olunması;
•    Tələblərin izlənilməsi;
•    Biznes tələblərinə görə hesabatların hazırlanması;
•    Yeni funksionallığın test olunması və tətbiq olunması;
•    Daxili sistemlərdə lazımi konfiqurasiyaların aparılması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını  Noyabr ayının 30-dək cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “İT Əməliyyat Sistemi üzrə mütəxəssis” qeyd etməyiniz vacibdir.


İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.