İnformasiya Texnologiyaları Departamentinə Bank Əməliyyat Sisteminə mütəxəssis vəzifəsinə işə dəvət

Vəzifəyə olan tələblər:

  • İnformasiya Texnologiyaları və ya oxşar ixtisas üzrə bakalavr dərəcəsində ali təhsil;
  • Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti;
  • Bank sektorunda minimum 1 il iş təcrübəsi;
  • IT-analitik və ya oxşar sahədə iş təcrübəsi;
  • Komandada işləmək, individual qərarlar ala bilmək bacarığı;
  • Biznesin tələblərini anlamaq qabiliyyəti;
  • Avtomatlaşdırılmış proseslərdə (Biznes, İT) iştirak etmiş olmaq;
  • Proqram təminatının təmin olunması prosesi haqqında biliklər;
  • Problem həll etmə bacarığı və analitik təfəkkür.

Əsas vəzifələr: 

  • Texniki tapşırıqların çalışdığı departament və digər əməkdaşlar ilə müzakirə edilməsi;
  • Bank sistemlərində istifadəçi rollarının dəyişdirilməsi, təyin olunması;
  • Tələblərin izlənilməsi;
  • Biznes tələblərinə görə hesabatların hazırlanması;
  • Yeni funksionallığın test olunması və tətbiq olunması;
  • Daxili sistemlərdə lazımi konfiqurasiyaların aparılması.

 

Göstərilən tələblərə cavab verən namizədlər 30.11.2023-cü il tarixinə qədər öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “İT Əməliyyat Sistemi üzrə mütəxəssis” qeyd edilməsi vacibdir.


İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.