Əməliyyat riskləri üzrə mütəxəssis/aparıcı mütəxəssis vəzifəsinə işə dəvət

Vəzifəyə olan tələblər:

-    Müvafiq istiqamətdə maliyyə, iqtisadiyyat, tətbiqi riyaziyyat və digər analitik ixtisaslar üzrə ali təhsil;

-    Yüksək səviyyədə MS Excel və yaxşı dərəcədə SQL  bilikləri;

-    Yüksək analitik  düşünmə və problem həll etmə qabiliyyəti;

-    Ünsiyyətcil olmaq və komanda ilə iş qabiliyyəti;

-    Türk və ingilis dili bilikləri arzuolunandır;

-    Bank sahəsində ən azı 3, müvafiq sahə üzrə 2 illik iş təcrübəsi;

-    FRM, CFA, ACCA sertifikatına malik namizədlərə üstünlük veriləcəkdir.

Əsas vəzifələr: 

-    Risklərin idarə edilməsi üzrə Bankın daxili qaydalarının hazırlanmasında və təkmilləşdirilməsində iştirak;
-    Əməliyyat risklərinin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının (RCSA, ssenari analizləri, risk xəritələrinin tərtibi və s.) tətbiqi;
-    Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflərin verilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak;
-    Əməliyyat risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
-    Bankın baş ofisi və filiallarında həyata keçirilən biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədi ilə monitorinqlərin aparılması, nəticələrinin sənədləşdirilməsi və  təkliflərin verilməsi;
-    Bankda risk mədəniyyətinin yüksəldilməsi istiqamətində aktiv iştirak;
-    Bankın struktur bölmələrindən insidentlər barədə məlumatların toplanması və səbəblərinin araşdırılmasının təmin edilməsi;
-    Yeni məhsul və xidmətlərin risk qiymətləndirilməsində iştirak;
-    Stress-testlərin həyata keçirilməsi;
-    Risk limitlərinin müəyyənləşdirilməsi, riayyət olunmasına nəzarətin həyata keçirilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər Noyabr ayının 30-dək öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Əməliyyat riskləri” qeyd etməyiniz vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.