“Məlumat Mərkəzi üzrə mütəxəssis” vəzifəsinə işə dəvət

Vəzifəyə olan tələblər:
Ali təhsil;
Ən azı 1 illik bank stajı;
İşlərin yerinə yetirilməsində əsas sayılan  Azərbaycan Respublikasının Mərkəzi Bankının və digər qanunvericilik orqanlarının normatıv sənədlərinin tələblərini, bankdaxili normativ sənədlərin tələbləri üzrə biliklər;
Ümumi bank işi haqqında biliklər, işin təşkili, analitik düşünmə bacarığı, problemləri həll etmə qabiliyyəti;
Azərbaycan və rus dili üzrə səlis nitq bacarığı;
MS Office, Internet Explorer və iş fəaliyyəti üçün zəruri olan digər proqramlar üzrə bilik və bacarıqlar.

Əsas vəzifələr:
Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikası Mərkəzi Bankının normativ aktlarına uyğun qaydada əməliyyatların aparılması və bununla əlaqədar bütün lazımi işlərin yerinə yetirilməsi;
Müraciət edən müştərilərə məlumatların verilməsi:
Bankın əməliyyatları üzrə tarifləri, əməliyyatların rəsmləşmə və icra prosedurları və biznes prosesləri haqqında məlumatların verilməsi;
Bankın müştərilərə təklif etdiyi xidmətlər haqqında məlumatların verilməsi;
Müştərilərin identifikasiya edilməsi ilə, hesab qalıqları, daxil olma və məxaric olmalar haqqında məlumatlar, bank kartlarının bloka salınması və blokdan çıxarılması, icra olunmuş köçürmə əməliyyatları haqqında məlumatların verilməsi;
Hesabların açılması proseduru və tələb olunan sənədlər haqqında məlumatların verilməsi;
Kreditlərin verilməsi proseduru və tələb olunan sənədlər haqqında məlumatların verilməsi;
Əmanət, plastik kartların əldə edilməsi, plastik kartlar ilə icra oluna bilinən əməliyyatlar və şərtləri haqqında məlumatların verilməsi;
Pul koçürmələri, istifadə olunan müxbir banklar və komissiyalar haqqında məlumatların verilməsi;
İnternet/Mobil Banking-dən istifadə etmə, qoşulma və yaranmış problemlərlə bağlı müştərilərin məlumatlandırılması;
Bankın işə qəbul prosesi haqqında məlumatların verilməsi;
Bankın maliyyə vəziyyəti (aktiv, passiv, gəlirləri), səhmdarları və quruluşu haqqında ümumi məlumatın verilməsi;
Bank seyflərinin istifadə edilməsi prosesi və tariflər haqqında məlumatın müştərilərə verilməsi;
Əmək haqqı layihəsi və şərtləri haqqında məlumatların verilməsi;
Daxil oan zənqlərin aidiyyatı şəxslərə yönləndirilməsi.


Göstərilən tələblərə cavab verən namizədlər Sentyabr ayının 30-dək  öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Məlumat mərkəzi” qeyd etməyiniz vacibdir.


İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.