“Ziraat Bank Azərbaycan” ASC Maliyyə Departamentinə Hesabatlıq üzrə Mütəxəssis/Aparıcı mütəxəssis vəzifələrinə işə dəvət edir

Vəzifəyə olan tələblər:

 

·         Ali iqtisadi təhsil; 

·         Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması;

·         Maliyyə sahəsində 1-3 il iş təcrübəsi;

·         ACCA və ya CIMA sertifikasiyasının olması. ACCA F2, (MA), F3 (FA), sertifikatlarının olması və ya adıçəkilən kitabların məzmununu əla səviyyədə bilmək;

·         MS Office proqramlarını (xüsusi ilə MS Excel) bilmək və işində istifadəsini təmin etmək;

·         SQL (ilkin səviyyədə) biliklərinə malik olması;

·         Azərbaycan dili (əla səviyyədə), ingilis dili (orta səviyyədə) biliklərinə malik olması;

·         Yüksək səviyyədə məntiq və riyazi biliklər;

·         Analitik düşünmə qabiliyyəti və yaranmış problemlərin həll etmə bacarığının olması.

 

 

Vəzifə öhdəlikləri:

 

·         Azərbaycan Respublikasının Mərkəzi Bankı, Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Statistika Komitəsi və digər nəzarət orqanları tərəfindən tələb edilən günlük, həftəlik, aylıq, rüblük və illik hesabatların tərtib edilməsi;

·         Hesabatların avtomatlaşdırılması üzrə proseslərin koordinasiyasının və icrasının təşkil edilməsi;

·         Kənar audit yoxlamasının bütün mərhələlərində, eləcə də BMHS üzrə maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək;

·         Həm kənar, həm daxili istifadəçilər üçün bank haqqında maliyyə məlumatlarını əks etdirən hesabat və təqdimatların hazırlanması;

·         Bankın büdcə prosesində aktiv iştirak edərək ilkin iqtisadi təhlilin edilməsi;

·         Büdcə prosesini koordinasiya edərək məlumatların konsolidasiyası;

·         Mənfəətlik və effektivlik təhlillərinin (proseslər, məhsullar, gəlir-xərc mərkəzləri) həyata keçirilməsi və təkliflərin verilməsi;

·         Bankın fərdi performans dəyərləndirmə (KPI) sisteminin meyarlarınının müəyyənləşdirilməsi, və sistemin əlaqədar struktur bölmələri ilə birlikdə koordinasiyalı təşkil edilməsi və icra edilməsi.

 

 

Göstərilən tələblərə cavab verən namizədlər Sentyabr ayının 30-dək öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Hesabatlıq üzrə mütəxəssis/aparıcı mütəxəssis” qeyd etməyiniz vacibdir.

 

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.