İnformasiya Texnologiyaları Departamenti Biznes analitik vəzifəsinə işə dəvət

Vəzifəyə olan tələblər:

•    İnformasiya Texnologiyaları və ya oxşar ixtisas üzrə Bakalavr dərəcəsində ali təhsil;
•    Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti;
•    Bank sektorunda minimum 3 il iş təcrübəsi;
•    IT analitik, Biznes analitik və ya oxşar sahədə iş təcrübəsi;
•    Komandada işləmək, individual qərarlar ala bilmək və stres altında işləyə bilmək bacarığı;
•    Biznesin tələblərini anlamaq;
•    Avtomatlaşdırılmış proseslərdə (Biznes, İT) iştirak etmiş olmaq;
•    Proqram təminatının təmin olunması prosesi haqqında biliklər;
•    Rus və İngilis dillərində yazışma və ünsiyyət səviyyəsində biliklər;
•    SQL, PL/SQL üzrə biliklər;
•    Funksional spesifikasiyanın yazılması və yaradılması;
•    Problem həll etmə bacarığı və analitik təfəkkür.

Əsas vəzifələr:

•    Texniki tapşırıqların IT və digər əməkdaşlar ilə müzakirə edilməsi;
•    Tələblərin izlənilməsi;
•    Digər departamentin əməkdaşları üçün ilkin testlərin aparılması;
•    İnternet Bankçılıqda yeniliklərin tətbiq olunması;
•    Biznes tələblərinə görə hesabatların hazırlanması;
•    Yeni funksionallığın test olunması və tətbiq olunması;
•    Daxili bank sistemində lazımi konfiqurasiyaların aparılması;
•    Daim yeni texnologiyalar haqqında biliklərə sahib olması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını Sentyabr ayının 30-dək cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Biznes analitik” qeyd etməyiniz vacibdir.


İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.