Satış və Marketinq departamentinə Məhsulların inkişafı və yaradılması üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis vəzifələrinə işə dəvət

Vəzifəyə olan tələblər:
• Ali iqtisadi/maliyyə təhsili;
• Bank məhsullarının yaradılması və inkişaf etdirilməsi üzrə ən azı 3 il iş təcrübəsi;
• Kollektivlə işləmə bacarığı;
• Analitik problemləri təhlil və həll etmə qabiliyyəti;
• Bazarın öyrənilməsi, təhlili, rəqiblərin mövqelərinin izlənilməsi;
• Türk və ingilis dili biliyi (rus dil biliyi müsbət qarşılanır);
• Microsoft Excel (yüksək səviyyədə), SQL (üstünlük verilir) bilikləri.
Əsas vəzifələr:
• Bankın məhsulları haqqında istifadəçilərin rəy və təkliflərini öyrənmək məqsədi ilə təhlillərin aparılması;
• Korporativ və pərakəndə bank məhsulları ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi, təhlili, təqdimatı və razılaşdırıldığı təqdirdə tətbiqi;
• Bazarda olan bank məhsullarından xəbərdar olub, bazar araşdırmasını həyata keçirmək və bankın mövcud məhsulları ilə müqayisə etmək;
• Bazar araşdırması nəticəsində yeni məhsul və xidmətlərin inkişaf etdirilməsi üçün işlər görmək;
• Məhsul keyfiyyətinin yüksəldilməsi üçün sistem inkişaf prosedurlarını gözdən keçirmək, yaxşılaşdırılmasını dəstəkləmək üçün aidiyyəti struktur bölmələr ilə işləmək;
• Planlaşdırılmış və mövcud layihələri idarə etmək;
• Yeni və mövcud məhsullar üzrə təqdimatların hazırlanması, yenilənməsi və bankdaxili keçirilməsi;
• Yeni məhsul təkliflərini hazırlamaq və istifadəyə vermək;
• Məhsulun yaradılması proseslərini hazırlamaq və idarə etmək;
• İnkişaf etdirilən məhsulun hüquqi qanunlara, yerli və beynəlxalq qaydalara uyğun olmasını təmin etmək;
• Müştəri ehtiyaclarını araşdırmaq və məhsulu tələblərə görə formalaşdırmaq;
• İnkişaf etdirilən məhsulun qiymətləndirilməsini və marketinqini həyata keçirmək;
• Verilən məlumatlar əsasında məhsulun hədəflərinin yerinə yetirilməsini izləmək;
Göstərilən tələblərə cavab verən namizədlər sentyabr ayının 30-dək öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Məhsulların yaradılması” qeyd edilməsi vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.