Xəyalınızdakı evə gedilən yolda Ziraat Bank Azərbaycan dəstəyini hiss edin!
Ziraat Bank Azərbaycan olaraq Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət fondunun (ARİKZF) vəsaiti hesabına verilən ipoteka kreditini təklif edirik. Zəmanətli və zəmanətsiz olaraq təqdim edilən ipoteka kreditləri üzrə ilkin ödəniş 15%-dən başlayır. 150 000 AZN məbləğində 3 ildən 25 ilədək təqdim edilən zəmanətsiz adi ipoteka krediti üzrə illik 8 %, zəmanətli adi ipoteka krediti üzrə illik cəmi 7% ödəməklə Siz ev sahibi ola bilərsiniz.
- Zəmanətli ipoteka kreditindən istifadə etmək üçün ipoteka məbləği üzrə Fond tərəfindən müəyyən edilmiş müvafiq zəmanət haqqı ödənilməlidir (Zəmanət haqqı üzrə tarif dərəcələri növbəti linkdə yerləşdirilmişdir: http://mcgf.gov.az/menu/68 ).
- Qeyd edək ki, ipoteka kreditinin alınması üçün müraciətlər yalnız Elektron Hökümət Portalı (www.e-gov.az) vasitəsilə mümkündür. Müraciət zamanı qeydiyyatdan keçə bilməyiniz üçün Elektron İmza Tokeni (www.e-imza.az) və ya ASAN imza (www.asanimza.az) əldə etməyiniz mütləqdir.
- İpoteka kreditinin alınması məqsədilə müraciətə dair istifadəçi təlimatı üçün: https://www.e-gov.az/home/getfile/2300
- İllik faiz dərəcəsi min. 7%, FİFD min. 7%, müddət max. 25 il
Siz də xəyalınızdakı evə sahib olmaq istəyirsinizsə filiallarımıza yaxınlaşaraq və ya *9229 qısa nömrəsinə zəng edərək məlumat əldə edə bilərsiniz!
Dövlət İpoteka krediti aldığınız zaman bədbəxt hadisə və ya xəstəlik baş verdiyi halda (vəfat və əmək qabiliyyətinin itirilməsi) ailənizi borc yükündən qorumaq üçün həyat sığortası əldə etməyinizi tövsiyyə edirik.
Borcalanın həyat sığortası haqqında qısa məlumat:
Bu sığorta növü, borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından könüllü sığorta üzrə fiziki şəxslərə tətbiq edilir. Qeyd edilən sığorta növü üzrə verilən sığorta təminatı borcalanın seçdiyi sığortaçının tətbiq etdiyi şərtlərə əsasən fərqlənə bilər.
Sığorta müqaviləsi qüvvədə olduqda və sığorta hadisəsi baş verdikdə (şəxsin ölümü və ya əmək qabiliyyətinin itirilməsi), sığortaçı borclunun banka olan kredit borcu üzrə sığorta ödənişini sığorta müqaviləsində müəyyən edilmiş şərtlər daxilində banka ödəyir.
Sığorta qaydaları ilə tanış olmaq üçün link: https://e-qanun.az/framework/56958