Apple Pay Xidməti

Apple Pay ilə sürətli və təhlükəsiz ödənişlər artıq Bankkart ilə mümkündür!

Bankkartınızı Apple cihazlarınıza əlavə edərək Apple Pay vasitəsilə ödənişlərinizi daha rahat, sürətli və təhlükəsiz şəkildə həyata keçirə bilərsiniz.

Artıq fiziki kart daşımağa ehtiyac olmadan bir toxunuşla ödəniş etmək mümkündür!

Apple Pay nədir?

Apple Pay — Apple cihazları (iPhone, Apple Watch, iPad və s.) ilə təmassız və təhlükəsiz ödəniş etməyə imkan verən ödəniş sistemidir.

Kartımı Apple Pay-ə necə əlavə edə bilərəm?

Ziraat Mobile tətbiqində kartınızın üzərindəki Apple Pay loqosunu sıxmaqla təlimatları izləyərək əlavə edə bilərsiniz.

Apple Pay ilə harada ödəniş edə bilərəm?

Apple Pay-i təmassız ödəniş terminalları olan mağazalarda, onlayn alış-veriş saytlarında və mobil tətbiqlərdə istifadə edə bilərsiniz.

Apple Pay istifadə etmək təhlükəsizdirmi?

Bəli. Apple Pay ödəniş zamanı unikal şifrələnmiş kod istifadə edir və kart məlumatlarınız heç vaxt satıcı ilə paylaşılmır.

Apple Pay istifadəsi üçün əlavə ödəniş tələb olunurmu?

Xeyr. Apple Pay xidmətindən istifadə tamamilə pulsuzdur.