Xəyalınızdakı Avtomobili Ziraat Bank Avto Krediti ilə Əldə Edin!
İstər 0 km, istərsə də ikinci əl olsun, almaq istədiyiniz avtomobilə qərar verin və 24 aya qədər ödəmə müddəti və sərfəli faiz dərəcələrimiz ilə Ziraat Bank Avto Kreditindən yararlanın.
Xüsusiyyətləri:
- 0 km və ya ikinci əl olan minik avtomobillər üçün istifadə oluna bilər
- 24 aya qədər ödəmə imkanı
- Kreditin məbləği, avtomobilin istehsal tarixindən keçən müddət 1 ildən kiçik (0-12 ay) olduğu halda dəyərinin 60 %-nə qədər, 1 ildən 3 ilə qədər (13-36) olduğu halda dəyərinin 50 %-nə qədər təşkil edir
- FİFD: min 18,04%, max 19,04%
- Kredit hesabına alınan avtomobil kreditin təminatı olaraq nəzərə alınır
- Sığorta qismində kredit hesabına alınan avtomobilin KASKO sığortası çıxış edir
- Kredit AZN valyutasında təqdim olunur. (Əmək haqqını xarici valyuta ilə alan şəxslər xarici valyuta ilə Avto Kreditimizdən yararlana bilər)
Qeyd: Ziraat Bank Avto Kreditindən Azərbaycan və Türkiyə* Respublikalarının vətəndaşları istifadə edə bilər.
*Türkiyə Cümhuriyyəti vətəndaşlarının müvəqqəti və daimi yaşayış icazəsinin olması və əsas iş yerinin Azərbaycan Respublikasında olması mütləqdir.
Lazımi sənədlər:
- Şəxsiyyət vəsiqəsi / xarici ölkə vətəndaşının müvəqqəti və ya daimi yaşamaq üçün (Türkiyə Respublikası vətəndaşları) vəsiqəsi,
- Gəliri təsdiq edən sənədlər (e-gov arayışı / iş yerindən arayış / bank hesabından çıxarış)
- Sıfır kilometr avtonəqliyyat vasitələrinin kreditləşdirilməsində satan firmadan faktura sənədləri, alqı-satqı müqaviləsi, qiymətləndirmə aktı, nəqliyyat vasitəsinin uçot kartoçkası, nəqliyyat vasitəsini müayinədən keçirilməsi haqqında arayış.
Ziraat Bank Avto Kreditindən yararlanmaq istəyirsinizsə Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən filiallarımıza yaxınlaşaraq müraciət edə bilərsiniz
Avtomobil krediti aldığınız zaman bədbəxt hadisə və ya xəstəlik baş verdiyi halda (vəfat və əmək qabiliyyətinin itirilməsi) ailənizi borc yükündən qorumaq üçün həyat sığortası əldə etməyinizi tövsiyyə edirik.
Borcalanın həyat sığortası haqqında qısa məlumat:
Bu sığorta növü, borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından könüllü sığorta üzrə fiziki şəxslərə tətbiq edilir. Qeyd edilən sığorta növü üzrə verilən sığorta təminatı borcalanın seçdiyi sığortaçının tətbiq etdiyi şərtlərə əsasən fərqlənə bilər.
Sığorta müqaviləsi qüvvədə olduqda və sığorta hadisəsi baş verdikdə (şəxsin ölümü və ya əmək qabiliyyətinin itirilməsi), sığortaçı borclunun banka olan kredit borcu üzrə sığorta ödənişini sığorta müqaviləsində müəyyən edilmiş şərtlər daxilində banka ödəyir.
Sığorta qaydaları ilə tanış olmaq üçün link: https://e-qanun.az/framework/56958