Bakı şəhərindəki filiallarına Kiçik əməliyyatçı-kassir/Kassir vəzifəsinə işə dəvət

Vəzifəyə olan tələblər:
•    Ali (orta ixtisas) təhsil;
•    Müvafiq sahədə 1 ilə qədər iş təcrübəsi;
•    Kompüter bilikləri (MS Office, Internet); 
•    Türk , Rus və İngilis dili bilikləri müsbət qarşılanır.


Əsas vəzifələr: 
•    Mərkəzi Bankın qaydalarına uyğun olaraq nağd pul və qiymətlilərlə əməliyyatların aparılması;
•    İş gününün sonunda filial müdiri və mühasib / nəzarətçi ilə birlikdə nağd pul vəsaitləri və qiymətlilərin sayılması, qalıqların bankın daxili proqramındakı qalıqlarla üzləşdirilməsi;
•    Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatların həyata keçirilməsi;
•    Qaydalara uyğun olaraq valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi
•    Limitdən artıq nağd pul vəsaitlərinin Mərkəzi Banka və ya Mərkəzi Bankın Ərazi idarəsinə təhvil vermək üçün hazırlanması və Bankın Pul anbarına baş xəzinədara təhvil verilməsi;
•    Filiallara təhvil verilməli olan plastik kartların qəbul edilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər Noyabr ayının 30-dək  öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Kiçik əməliyyatçı-kassir/Kassir” qeyd etməyiniz vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.