Fəaliyyətində istifadə edilən əsas xarici valyutalar və açıq valyuta mövqeyi üzrə prudensial normativlər göstərilməklə, bankın hər bir əsas valyuta üzrə ayrılıqda və məcmu açıq valyuta mövqeyi. Xarici valyuta ilə bağlı riskin qarşısının alınması məqsədi ilə istifadə edilən alətlərin (hecinq alətləri) siyahısı, habelə bu alətlərin qısa izahı
- Bankın valyuta riski xarici valyutada aparılmış əməliyyatların toplam həcmindən aslıdır. Xarici valyuta riskinin ölçülməsi zamanı bankın balansında xarici valyutada aktiv və passivləri müqayisə olunur, açıq valyuta mövqeyinin hesablanması “Azərbaycan Respublikasının müvəkkil banklarının açıq valyuta mövqeyi limitlərinin müəyyən edilməsi və tənzimlənməsi Qaydaları” ilə tənzimlənir. Mərkəzi Bankın tələblərinə əsasən açıq valyuta mövqeyini hər bir valyuta üzrə gün sonuna bankın məcmu kapitalının 10%-ni , məcmu açıq valyuta mövqeyini isə bankın məcmu kapitalının 20%-ni keçməməlidir.Bankımız xarici valyuta ilə bağlı riskin qarşısının alınması məqsədi ilə Mərkəzi Bankın tələblərinə riayət olunmaqla FX-Spot, Forvard, Svop və digər alətlərdən istifadə edir.
Valyuta Mövqeyi %
Valyutalar | 31 Mart 2021 |
USD | 6,71% |
EUR | -0,64% |
GBP | 0,00% |
RUR | 0,06% |
TRY | 0,71% |
SDV üzrə məcmu AVM | 6,71% |
Qapalı valyuta üzrə məcmu AVM | 0,77% |