Onlayn Bankkart Sifarişi

Bankkart-ınızı onlayn sifariş edin!

Online kart sifarişi xidməti ilə siz istədiyiniz Bankkart-ı onlayn sifariş edərək, filiallarımızdan asanlıqla əldə edə bilərsiniz. Bunun üçün https://bit.ly/3lYqO4o linkinə keçid alaraq, müvafiq xanaları doldurmağınız və onlayn şəkildə ödənişi icra etməyiniz kifayətdir.

Kart onlayn sifarişlə adi qaydada 3 iş günü, təcili qaydada isə 1 iş günü ərzində hazır olaraq istifadəyə təqdim edilir. Təcili sifarişin qiyməti əlavə 10 AZN təşkil edir və bu xidmət hazırda yalnız Bakı və Sumqayıt şəhərlərində yerləşən filiallarımız üzrə mümkündür.

*Qeyd edək ki, onlayn kart sifarişi Azərbaycan və Türkiyə vətəndaşları üçün aktivdir. Digər ölkələrin vətəndaşları, bankın filiallarına yaxınlaşaraq sifarişlərini icra edə bilərlər.

Online olaraq siz də Bankkart sifariş edin və üstünlüklərimizdən faydalanın!