Bütün şirkət xərcləriniz üçün yanınızdayıq!
Biznesiniz üçün xərcləri daha çevik və planlı şəkildə idarə etmək istəyirsinizsə, Bankkart Business Credit və Bankkart Business Credit Platinum kartları sizə kredit imkanlarını rahat ödəniş üstünlükləri ilə bir arada təqdim edir. Hüquqi şəxslər və fərdi sahibkarlar bu kartlar vasitəsilə bizneslərinə dair mal, iş və xidmət ödənişlərini daha sürətli və rahat şəkildə həyata keçirə bilərlər.
Biznes kredit kartı, ayrılmış kredit limiti çərçivəsində yalnız istifadə etdiyiniz məbləğ üzrə faiz hesablanması imkanı yaradaraq maliyyə yükünü daha səmərəli idarə etməyə kömək edir.
Üstünlüklər:
- Ayrılmış kredit limiti çərçivəsində biznes xərclərinin maliyyələşdirilməsi
- Faizlərin yalnız istifadə edilmiş məbləğ üzrə hesablanması
- Bərpa olunan kredit xətti
- Əsas məbləğin müddət sonunda ödənilməsi imkanı
- Biznes xərclərinin daha planlı və çevik idarə olunması
- Nağd vəsait axınının qorunması və maliyyə yükünün balanslaşdırılması
Digər şərtlər:
- Kredit limiti minimum 1 000 AZN-dən başlayır
- Kartın valyutası – AZN
- Kredit xəttinin müddəti – 12 ay
- Kredit kartının müddəti – 1, 3, 5 il
- İllik faiz dərəcəsi 14%-dan başlayaraq
- FİFD – minimum 15.09%, maksimum 19.11%
- Ayrılan kredit xətti üzrə faiz dərəcəsi məbləğ və müddətdən asılı olaraq dəyişir
- Nağdlaşdırma limiti 100%-dək (maksimum 15 000 AZN ekvivalentini keçməmək şərti ilə)