Google Pay Xidməti

Google Pay™  Ziraat Bank Azərbaycan Bankkartlarında!

Bankkart kart sahibi olan müştərilərimiz  Android və Wear OS əməliyyat sistemli cihazları ilə  Google Pay™ xidmətindən istifadə edə biləcək! 
Ziraat Bank Azərbaycan Bankkartınızı Google Wallet-a əlavə edin və alış-verişlərinizi təhlükə olmadan, təmassız, sürətli və rahat şəkildə ödəyin.

 

Google Pay nədir?

Google Pay – Google şirkəti tərəfindən yaradılmış, ticarət və xidmət obyektlərində, onlayn platformalarda sürətli və rahat ödəniş imkanı yaradan kartsız ödəniş üsuludur.

Bankkartımı Google Pay-a necə əlavə edə bilərəm?

Android cihazınıza Google Wallet™ tətbiqini yükləyin. Tətbiqə daxil olaraq addımları izləyin. Bankkartı əlavə edin və əsas ödəmə mənbəyi kimi seçin. Artıq ağıllı telefon və ya ağıllı saat ilə ödənişlərinizi təmassız, sürətli və rahat şəkildə icra edə bilərsiniz

Harada ödəniş edə bilərəm?

Təmassız ödəniş nöqtələrində, mobil tətbiqlərdə, Google Pay-in qəbul edildiyi saytlarda

Ödənişləri necə edə bilərəm?

Təmassız ödəniş imkanı olan hər yerdə cihazınızı terminala yaxınlaşdırın və ödənişinizi həyata keçirin