Dəstək xidmətləri üzrə Mütəxəssis/Aparıcı mütəxəssis vəzifəsinə işə dəvət

Vəzifəyə olan tələblər:
•    Ali təhsil;
•    Müvafiq sahədə 2-3 il iş təcrübəsi;
•    Kompüter bilikləri (MS Office, Internet); 
•    İngilis dili, rus dili və excell  bilikləri.


Əsas vəzifələr: 
•    Bankın ehtiyyac duyduğu mal və xidmətlərə dair ehtiyac planı hazırlamaq; 
•    Sifariş olunan satınalmaların həyata keçirilməsi;
•    Satınalmaların təşkili və tələb olunan sənədləşmə işlərinin aparılması;
•    Mədəni-kütləvi və digər tədbirlərin hazırlanması və keçirilməsində təşkilati və texniki yardım göstərilməsi;
•    Bankın təhlükəsizlik standartlarını müəyyənləşdirmək və bu məsələ ilə bağlı lazımı işlərin görülməsinə nəzarət etmək;
•    Fövqəladə hallar planlarını tərtib etmək və bu məsələdə digər strukturlarla əlaqəli çalışmaq;
•    Banka məxsus əmlakların mobil və daimi telefon xətləri sisteminin müqavilə, satınalma, nəzarət və s. işlərinin həyata keçirilməsi;
•    Əlaqədar strukturlarla koordinasiyalı şəkildə reklam işi və xidmətlərinin hazırlanması, canlı tutulmasının təmin edilməsi;
•    Satınalma, dəstək xidmətlərinin göstərilməsi sahəsində sistemin qurulmasında iştirak etmək;
•    Bankın inventarlarının yoxlanılması və inventarizasiyanın aparılması;
•    Sığortalanması tələb olunan bütün əmlakların sığortlanmasının təmin edilməsi;
•    Təşkilatda sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi üçün lazımi tədbirlərin həyata keçirilməsi;
•    Bazar araşdırmalarının aparılması və yeni tədarükçülərin tapılmasını təmin edilməsi;
•    Qiymət, malların keyfiyyəti, son tarixlər, gözləntilər və s. haqqında təchizatçılarla danışıqlar aparılması;
•    Satınalma sifarişlərinin, müqavilələrin və digər lazımi sənədlərin reyestrinin aparılmasını, davamlı olaraq monitorinq olunmasının təmin edilməsi.


Göstərilən tələblərə cavab verən namizədlər Sentyabr ayının 30-na qədər  öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Dəstək xidmətləri” qeyd etməyiniz vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.