Daxili Nəzarət və Komplayens departamentinə Mütəxəssis\Aparıcı mütəxəssis vəzifələrinə işə dəvət

Vəzifəyə olan tələblər:

•    İqtisadiyyat ixtisası üzrə təhsil;
•    Analitik qabiliyyət (yoxlama senariləri yaza biləcək səviyyə);
•    MS Office, əsasən MS Excel (bilik səviyyəsini təsdiq edən sertifikat təqdim olunmaqla),  SQL bilikləri;
•    Dil biliyi səviyyəsi: Türk dili – yaxşı, İngilis dili – yaxşı; 
•    Bank sektorunda iş təcrübəsi – minimum 2 il.


Vəzifə öhdəlikləri:

•    Departamentə aid iş axışlarının qurulması və onların icrasında iştirak edilməsi;
•    Departamentə aid hesabatlıq işinin təkmilləşdirilməsi və icrasında iştirak edilməsi;
•    Departamentə aid siyasət, qayda və iş axışları haqqında Bank işçilərinin məlumatlandırılması və müvafiq təlimlərin verilməsi;
•    Öz funksiyalarının həyata keçirilməsi prosesində Bankın daxili strukturlarının maraqlar münaqişəsi hallarının aşkar edilməsi;
•    Aidiyyatı siyasət və daxili qaydaların layihələrinin, onlara əlavə və dəyişikliklərin icrasının təşkil edilməsi;
•    Daxili nəzarət sisteminin effektivliyi və uyğunluğunun yoxlanılması, həmçinin qiymətləndirilməsində iştirak edilməsi.


Göstərilən tələblərə cavab verən namizədlər Sentyabr ayının 30-dək öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Daxili Nəzarət və Komplayens” qeyd etməyiniz vacibdir.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.