Faiz Subsidiyası

Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlığımız çərçivəsində Fondun vəsaiti hesabına müştərilərimizə faiz subsidiyası güzəştli şərtlərlə kreditlər təklif edirik.

Faiz Subsidiyası fəaliyyət növü 2020-ci il 10 mart tarixinə pandemiyadan zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinə daxil olan sahibkarlıq subyektlərinə, zəruri ərzaq və ərzaqlıq buğda təchizatçılarına, eləcə də minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara təqdim edilir.

Bu mexanizm çərçivəsində minimum istehlak səbəti üzrə aşağıdakı emal məhsullarının istehsalı ilə məşğul olan sahibkarların həmin fəaliyyət növləri üzrə xammal tədarükü ilə bağlı aldıqları kreditlər subsidiyalaşdırılır:

  • Şəkər tozu;
  • Günəbaxan yağı;
  • Marqarin;
  • Kərə yağı;
  • Un;
  • Makaron məmulatları

 

Lazımi sənədlər:

  • Sahibkarlıq subyektinin müraciəti, o cümlədən məlumatların Fonda ötürülməsinə dair razılığı
  • Kommersiya hüquqi şəxsin dövlət reyestrindən çıxarışı
  • Fiziki şəxsin VÖEN-ni sürəti
  • Qanuni təmsilçinin şəxsiyyət vəsiqəsinin surəti;
  • Sahibkarlıq subyektinin kredit hesabından çıxarış;
  • Kredit müqaviləsi və ödəniş qrafikinin surəti (kredit xətti üzrə ödəniş qrafiki tələb olunmur);

  • Kredit hesabatı;

  • Kreditə dair qısa məlumat (kredit təşkilatı və sahibkarlıq subyekti tərəfindən imza və möhürlə təsdiqlənməklə).