FAQ

Fiziki şəxslərə kredit necə verilir ?

Müştəriyə qarşı tələblər
  • Azərbaycan vətandaşı, yaşamaq və çalışmaq icazəsi olan və əsas iş yeri Azərbaycanda olan Türkiyə Respublikası vətəndaşları kredit götürə bilər.
  • Kredit vermək üçün minimum 22 yaş həddi müəyyən edilmişdir. Kreditin bağlanma tarixi borcalanın təqaüd yaşını keçməməlidir
Kredit məbləğinə uyğun təminat tələbləri25 000 AZN və ya məbləğin xarici valyutada ekvivalenti - ən az 1 fiziki şəxs zamin
25 000 AZN – 50.000 AZN və ya məbləğin xarici valyutada ekvivalenti ( A Qrup reytinqli müştərilərə 100.000 AZN-ə qədər)- qızıl və/ və ya daşınmaz əmlak və/ və ya ən az 2 şəxs zamin
50.000 AZN və çox məbləğlər və ya məbləğin xarici valyutada ekvivalenti- qızıl və/ və ya daşınmaz əmlak. Zamin Azərbaycan və/ və ya Türk vətəndaşı olmalıdır.
MüddətMaksimum 36 ay
Ödəniş formasıAylıq annuitet

Internet bank hesabım bloka düşüb. Blokdan necə azad edə bilərəm?

Bu zaman Call center müraciət edilməlidir. Call center istifadəçini blokdan azad edə bilər.

Pul köçürülməsi üçün hesabın açılması mütləqdir?

- 1 000 USD-dək məbləğ hesab açılmadan göndərilə bilər.

Gün ərzində xaricə maksimum nə qədər məbləğdə pul köçürmək olar?

 Gün ərzində fiziki şəxs başqa bir fiziki şəxsə 1 000 USD və ya ona bərabər ekvivalent məbləği göndərə bilərsiniz (Ailə üzvləri istisnadır. Qohumluq əlaqəsini təsdiq edən sənəd təqdim edərək daha böyük məbləğda pul köçürmək mümkündür.).

Türkiyəyə TRY köçürməniz mövcuddur ?

Bəli, Türkiyəyə TRY köçürmə edə bilərsiniz.