Hüquq və Kredit Risklərinin Ləğv Edilməsi departamentinə aparıcı mütəxəssis vəzifəsinə işə dəvət

Vəzifəyə olan tələblər:
•    Ali hüquq təhsili;
•    Müvafiq sahədə 6 illik iş təcrübəsi;
•    Bank sahəsi, eyni zamanda korporativ və məhkəmə işləri sahəsində bilik və təcrübənin olması;
•    Qanunvericilik, xüsusilə bank qanunvericiliyi haqqında biliklərə malik olması;
•    Azərbaycan dilini mükəmməl bilməli, türk, rus, və ingilis dili biliklərinə üstünlük verilir;
•    MS Office, Internet Explorer proqramları ilə çalışmaq bacarığı.


Əsas vəzifələr: 
•    Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda mediasiya təşkilatlarında, məhkəmələrdə Bankın maraqlarının təmsil edilməsi və qəbul edilən qərarların icrası ilə bağlı işlərin aparılması;
•    Dövlət orqanlarında və qurumlarında, həmçinin digər şəxslər qarşısında Bankın maraqlarının təmsil edilməsi;
•    Korporativ işlər və məhkəmə işləri üzrə hüquqi rəylərin hazırlanması.

Göstərilən tələblərə cavab verən namizədlər Oktyabr ayının 31-nə qədər öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Hüquq sahəsi üzrə aparıcı mütəxəssis” qeyd edilməsi vacibdir.


İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.