IT təhlükəsizlik üzrə mütəxəssis vəzifəsinə işə dəvət

Vəzifəyə olan tələblər:

  • Texniki ali təhsil;
  • Bank sektorunda iş təcrübəsi;
  • 3 ildən artıq məlumat sistemləri, İT nəzarət və qiymətləndirmə, İT təhlükəsizlik, İT audit və ya İT risklərinin idarə edilməsi sahəsində iş təcrübəsi;
  • Bank qaydalarına və/və ya audit standartlarına dair məlumatının olması;
  • Güclü komanda işləri və layihə idarəetmə təcrübəsinin olması;
  • Müəyyən olunmuş müddət daxilində işi nəticələndirmək  qabiliyyəti;
  • Analitik düşünmə bacarığı;
  • Rus və ingilis dili bilikləri;
  • SIEM , DLP, Vulnerability scanner və digər təhlükəsizlik sistemləri üzrə biliklər;
  • Şəbəkə və sistem təhlükəsizliyi üzrə biliklər.

Əsas vəzifələr:

  • Bankın informasiya təhlükəsizliyini qorumaq;
  • Məlumat təhlükəsizlik siyasətinin müəyyənləşdirilməsi və idarə edilməsini təmin etmək;
  • İT fövqəladə hallar planı ilə işləmək;
  • Məlumat təhlükəsizliyi üçün lazımi tədbirlər həyata keçirmək;
  • Son istifadəçi sistemlərində yoxlamalar aparmaq, boşluqların aradan qaldırılmasını təmin etmək;
  • Texniki avadanlığın iş təhlükəsizliyini nəzarət etmək və serverlərin və şəbəkə avadanlıqlarının təhlükəsizliyini yoxlamaq;
  • İnformasiya təhlükəsizliyini qorumaq üçün daim təkmilləşdirilmə işlərini irəli sürmək , o cümlədən sanksiya olunmamış daxili və xarici müdaxilələrdən qorunmasını təmin etmək;
  • Sistemlərin dayanıqlığının təmin olunmasına daim nəzarət etmək;
  • Antivirus programlarına və firewalların düzgün sazlanmasına və işlək vəziyyətdə saxlanmasına nəzarət etmək;
  • Sistemlərin fasiləsiz fəaliyyətinin həyata keçirilməsi üçün Bankın Ehtiyat Mərkəzinin dayanıqlığını yoxlamaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını sentyabr ayının 30-dək cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində  “IT təhlükəsizlik” qeyd etməyiniz vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq