Kreditlərin Təhlili Departamenti Kiçik mütəxəssis/Mütəxəssis/Aparıcı mütəxəssis vəzifələrinə işə dəvət

Vəzifəyə olan tələblər:
•    Ali iqtisadi təhsil; 
•    1 ildən artıq kredit təşkilatında SME və ya korporativ kredit sifarişlərinin təhlili, kreditlərin verilməsi sahəsində təcrübə;
•    Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını oxuma, yazma və təhlil etmə bacarıqları;
•    Əldə olunmuş məlumatlar əsasında borcalanın mövcud ödəmə qabiliyyətinin qiymətləndirilməsi, maliyyə vəziyyətində dəyişikliklərin izlənməsi, proqnoz hesabatların hazırlanması bacarığı;
•    Müştərilərlə lazımi ünsiyyət qurma və tələb olunan məlumatları alma qabiliyyəti;
•    CİMA, CFA və ya ACCA sertifikatlarının olması müsbət qarşılanır (minimum ACCA F3 (Financial Accounting (FA)), CİMA CO1, CO2 sertifikatının olması və ya adıçəkilən kitabların məzmununu əla səviyyədə bilmək);
•    Kompüter bilikləri (MS Office (xüsusi ilə Excel)).
•    Rus, türk və ingilis dil bilikləri müsbət qarşılanır;

Əsas vəzifələr: 
-    Korporativ müştərilər üzrə geniş təhlil və maliyyə monitorinq hesabatlarının (biznes fəaliyyətinin izahı, maliyyə hesabatlarının)  hazırlanması.  
-    Portfel üzrə müştərilərin müyyən edilmiş kriteriyalar üzrə aylıq, rüblük, yarımillik hesabatların hazırlanması.

Göstərilən tələblərə cavab verən namizədlər Yanvar ayının 31-nə qədər öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Kredit Təhlili” qeyd edilməsi vacibdir.


İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.