Kreditlərin Təhlili və Monitorinqi Departamentinə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis vəzifələrinə işə dəvət

Vəzifəyə olan tələblər:
•    Ali iqtisadi təhsil; 
•    1 ildən artıq kredit təşkilatında SME və ya korporativ kredit sifarişlərinin təhlili, kreditlərin verilməsi sahəsində təcrübə;
•    Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını oxuma, yazma və təhlil etmə bacarıqları;
•    Əldə olunmuş məlumatlar əsasında borcalanın mövcud ödəmə qabiliyyətinin qiymətləndirilməsi, maliyyə vəziyyətində dəyişikliklərin izlənməsi, proqnoz hesabatların hazırlanması bacarığı;
•    Müştərilərlə lazımi ünsiyyət qurma və tələb olunan məlumatları alma qabiliyyəti;
•    CİMA, CFA və ya ACCA sertifikatlarının olması müsbət qarşılanır (minimum ACCA F3 (Financial Accounting (FA)), CİMA CO1, CO2 sertifikatının olması və ya adıçəkilən kitabların məzmununu bilmək);
•    Kompüter bilikləri (MS Office (xüsusi ilə Excel));
•    Rus, türk və ingilis dili bilikləri müsbət qarşılanır.

Əsas vəzifələr: 
-    Korporativ müştərilər üzrə təhlil və maliyyə monitorinq hesabatlarının (biznes fəaliyyətinin izahı, maliyyə hesabatlarının)  hazırlanması;  
-    Portfel üzrə müştərilərin müyyən edilmiş kriteriyalar üzrə aylıq, rüblük, yarımillik hesabatların hazırlanması.

Göstərilən tələblərə cavab verən namizədlər Sentyabr ayının 20-nə qədər öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Kredit Təhlili” qeyd edilməsi vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.