Vəzifəyə olan tələblər:
• Ali təhsil (PR, marketinq, jurnalistika, iqtisadiyyat və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi arzuolunandır);
• Azərbaycan dili biliyi və yüksək qrammatik yazı qabiliyyəti, türk dili, ingilis dili (rus dili biliyi arzuolunandır);
• Bank sahəsində ən azı 6 il iş təcrübəsi;
• Kreativ ideyalı və yaradıcı qabiliyyət;
• Məsuliyyətli və diqqətli olmaq;
• Ünsiyyət və təqdimat bacarıqları;
• Strateji düşünmək və problemləri həll etmək qabiliyyəti;
• Komandada və Bankın digər funksional strukturları ilə işləmək bacarığı;
• Yüksək nitq qabiliyyəti;
• MS Office proqramlarından sərbəst şəkildə istifadə mütləqdir.
Əsas vəzifələr:
• PR strategiyasının yaradılması və həyata keçirilməsi;
• Aylıq post və PR planının hazırlanması;
• Press-relizlərin hazırlanması və KİV-də bank haqqında yayımlanan məlumatların monitorinqi;
• Kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə, internet səhifələrində, ictimai nəqliyyat vasitələrində, müxtəlif sərgilərdə və digər kanallarda reklam tədbirlərinin korporativ qaydalara uyğun olaraq razılaşdırılması, həyata keçirilməsi və nəzarət edilməsi;
• Bank məhsullarının sosial media kanallarında tanıtımının həyata keçirilməsi;
• Reklam, dizayn şirkətləri və informasiya agentlikləri ilə işin təşkili və aparılması;
• Reklam kanallarının araşdırılması (internet, tv, radio, jurnal, qəzet), reklam daşıyıcılarının məhsul və xidmətə görə seçilməsi;
• Müxtəlif aksiyaların (sərgilər, mətbuat konfransları, təqdimatlar, festivallar, xeyriyyə aksiyaları və s.) təşkilində şirkətin iştirakı ilə bağlı təkliflərin təhlili və həyata keçirilməsində iştirak edilməsi;
• Korporativ Sosial Məsuliyyət strategiyasına uyğun olaraq sosial layihələrin təklif edilməsi və icrası;
• Bankın rəsmi veb saytı, sosial şəbəkələri və digər reklam hesablarında məlumatların mütəmadi olaraq yenilənməsi, kontentin hazırlanması və idarə edilməsi;
• SEO və rəqəmsal marketinq işlərinin aparılmasında iştirak edilməsi və hesabatların aparılması və araşdırılması;
• Bankdaxili müxtəlif növ tədbirlərin hazırlanması və idarə edilməsi;
• Marketinq trendlərin izlənməsi və onların tətbiqi ilə əlaqədar təkliflər hazırlanması, məhsullar və xidmətlər üçün kreativ ideyaların hazırlanmasında aktiv iştirak edilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər 30.12.2023-cü il tarixinə qədər öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Reklam və İctimai əlaqələr” qeyd edilməsi vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.