Risklərin idarə edilməsi departamenti, Kreditlərin monitorinqi şöbəsinə aparıcı/baş mütəxəssis vəzifəsinə işə dəvət

Vəzifəyə olan tələblər:

  • Ali iqtisadi təhsil;
  • 2 il kredit təşkilatında SME və ya korporativ kreditlərin verilməsi sahəsində təcrübə;
  • Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını oxuma, yazma və təhlil etmə bacarıqları;
  • Əldə olunmuş məlumatlar əsasında borcalanların ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində dəyişiklikləri izləmək,  borcalanın cari maliyə vəziyyətinə dair hesabat hazırlamaq bilik və bacarıqları;
  • Müştərilərlə lazımi ünsiyyət qurma və tələb olunan məlumatları alma qabiliyyəti;
  • Türk və ingilis dil bilikləri arzuolunandır;
  • Beynəlxalq Maliyyə Sertifikatların (CFA, ACCA və s.) olması arzuolunandır;
  • Kompüter bilikləri (MS Office, Internet);

Əsas vəzifələr: 

  • Borcalanın maliyyə göstəricilərinin, borc yükünun və likvidliyinin təhlil edilməsi;
  • Borcalanın ödəmə davranışının izlənilməsi;
  • Bankın təminatlarının  monitorinqinin aparılması, habelə iqtisadiyyatda baş verən dəyişikliklərin təminatlarının bazar qiymətinə təsiribin ölçulməsi;
  • Bankın kredit tələblərinin təyinatı üzrə istifadə edilməsinin yoxlanılması.

Göstərilən tələblərə cavab verən namizədlər Dekabr ayının 4-nə qədər öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Monitorinq şöbəsi” qeyd edilməsi vacibdir.


İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.