Vəzifəyə olan tələblər:
• Müvafiq istiqamətdə maliyyə, iqtisadiyyat, tətbiqi riyaziyyat və digər analitik ixtisaslar üzrə ali təhsil;
• Yüksək səviyyədə MS Excel SQL bilikləri;
• Yüksək analitik düşünmə və problem həll etmə qabiliyyəti;
• Türk və ingilis dili bilikləri arzuolunandır;
• Bank sahəsində ən azı 2 illik iş təcrübəsi;
• Beynəlxalq sertifikatlar arzuolunandır.
Əsas vəzifələr:
• Risklərin idarə edilməsi üzrə Bankın daxili qaydalarının hazırlanmasında və təkmilləşdirilməsində iştirak;
• Əməliyyat risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
• Bankın baş ofisi və filiallarında həyata keçirilən biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədi ilə monitorinqlərin aparılması, nəticələrinin sənədləşdirilməsi və təkliflərin verilməsində iştirak;
• Bankda risk mədəniyyətinin yüksəldilməsi istiqamətində iştirak;
• Bankın struktur bölmələrindən insidentlər barədə məlumatların toplanması və səbəblərinin araşdırılmasının təmin edilməsi;
• Yeni məhsul və xidmətlərin risk qiymətləndirilməsində iştirak;
• Stress-testlərin həyata keçirilməsi;
• Risk limitlərinin müəyyənləşdirilməsində iştirakı, riayyət olunmasına nəzarətin həyata keçirilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər 31.01.2023-cü il tarixinə qədər öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Əməliyyat riskləri” qeyd etməyiniz vacibdir.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.