Yığım Əmanəti

Yığım Əmanət

Vəsait toplamaq istəyən müştərilərimiz üçün “Yığım əmanəti” məhsulumuzu təqdim edirik. Bu məhsul vasitəsi ilə müştərilər rahat şəkildə vəsaitlərini Bankda yerləşdirə, toplaya və faiz qazancı əldə edə bilərlər.

Özəlliklər:

  • Əmanətin minimal məbləği 1000 AZN/USD/EUR
  • Minimum artırılma məbləği 50 AZN/USD/EUR
  • Əmanət müddəti 12 aydır
  • Faizlər əmanət müddətinin sonunda ödənilir
  • İllik faiz dərəcəsi: AZN-8%; USD-3%; EUR-2.25%

Vacib məlumatlar

  • Əmanətin ilk 9 ayda artırılması mümkündür, son 3 ayda icazə verilmir;
  • Əmanətin artım məbləği minimal olaraq 50 AZN təşkil edir;
  • Əmanət müqaviləsinə müştəri tərəfindən vaxtın əvvəl xitam verilməsi zamanı, o günə kimi müştəriyə ödənilmiş əmanətin ana məbləğindən silinir və müştəriyə AZN valyutalı əmanətlər üzrə 0.5%, USD valyutalı əmanətlər üzrə 0.2%, EURO valyutalı əmanətlər üzrə 0.1% illik faiz dərəcəsi üzərindən əmanətin qüvvədə olduğu müddət üçün faizlər hesablanıb ödənilir;
  • Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalı əmanətlərin illik faiz dərəcəsinin yuxarı həddi Milli valyutada 12%, Xarici valyuta 2.5% təşkil edir (100 min manatdan çox olmamaq şərtilə). Əmanətlərin sığortalanması şərtləri ilə Bank Xidmətlərinin Göstərilməsinə Dair Şərtlər Toplusu sənədinin 5-ci maddəsindən tanış ola bilərsiniz.
  • 1 yanvar 2024-cü ildən qüvvəyə minən Vergi Məcəlləsindəki dəyişikliklərə (maddə 102.1.22) əsasən: 

1. 18 ay və ya daha artıq müddətə manat depoziti yerləşdirərkən faizləri istər müddətin sonunda, istərsə də aylıq götürməyi seçsəniz, faiz gəlirinin tam hissəsi 1 yanvar 2024-ci il tarixindən 3 il ərzində 10% vergidən azad edilir;

2. 18 aydan az müddətə manat depoziti yerləşdirərkən faizləri müddətin sonunda götürməyi seçsəniz, şərti olaraq aylıq faiz gəliri hesablanır və bu məbləğin 200 AZN-dək olan hissəsi 10% vergidən azad edilir; 

3. 18 aydan az müddətə manat depoziti yerləşdirərkən faizləri hər ay götürməyi seçsəniz, aylıq faiz gəlirinin 200 AZN-dək olan hissəsi 10% vergidən azad edilir;

4. 1 yanvar 2024-cü ilədək yerləşdirilmiş manat depozitləri üzrə bu tarixdən əvvəl əldə olunan faiz gəlirləri üçün vergi dəyişikliklərdən əvvəlki qaydada hesablanır