Xidmətlər

1. Hesablaşma-kassa xidmətləri

Cari Hesabın Açılması - Ziraat Bank Azərbaycan ASC nin müştəriləri aşağıdakı sənədlər əsasında Bankımızda Azərbaycan manatı (AZN), Avro (EUR), ABŞ dolları (USD), Türk Lirəsi (TRY), Rusiya rublu (RUB) və digər sərbəst dönərli valyutalarda cari hesab açdıra bilərlər.

  • Hesab açmaq üçün Ərizə
  • Şəxsiyyəti təsdiq edən sənəd
  • İmza nümuməsi
  • Bank hesabı müqaviləsi

Hesablara vəsaitlərin mədaxili və məxarici

2. Valyuta mübadilə əməliyyatları

  • Bankın təyin etmiş olduğu gündəlik alqı satqı məzənnələri üzərindən xarici valyuta mübadiləsinin həyata keçirilməsi

3. Pul Köçürmələri

  • Müştərilərimizin ödəniş təlimatı əsasında ölkə daxili və ölkə xarici pul köçürmələrinin həyata keçirilməsi
  • Türkiyə Ziraat Bankına göndərilən pul transferlərində ZFG ilə vaxt qazancı və sərfəli transfer haqqı

4. Ziraat Bankası A.Ş. də mövcud hesablardan müştəri təlimatı əsasında vəsaitin çəkilməsi

  • Əgər sizin Türkiyə Respublikasında yerləşən Ziraat Bankası A.Ş. də hesabınız varsa o zaman bankımız vasitəsiylə rahatlıqla öz hesablarınızdan nağd vəsait çəkə bilərsiniz.