Dövlət İpoteka Krediti ( Güzəştli )

Xəyalınızdakı evə gedilən yolda Ziraat Bank Azərbaycan dəstəyini hiss edin!

Ziraat Bank Azərbaycan olaraq Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət fondunun (ARİKZF) vəsaiti hesabına verilən güzəştli ipoteka kreditini təklif edirik. Zəmanətli və zəmanətsiz olaraq təqdim edilən güzəştli ipoteka krediti ilə siz 100 000 AZN məbləğində ipoteka kreditini 3 ildən 30 ilədək sərfəli şərtlərlə əldə edə bilərsiniz. Belə ki, əgər zəmanətsiz güzəştli ipoteka kreditinə müraciət etmək istəyirsinizsə 30% ilkin ödəniş etməklə illik cəmi 4 faiz dərəcəsi ilə ev sahibi ola bilərsiniz. 
Əgər siz daha aşağı ilkin ödəniş etməklə ipoteka krediti əldə etmək istəyirsinizsə, bu zaman sizə ARİKZF vəsaiti hesabına verilən zəmanətli güzəştli ipoteka kreditini təklif edirik. Beləliklə, 100 000 AZN məbləğində ipoteka kreditini 15% ilkin ödəniş etməklə  illik cəmi 3,7 faiz dərəcəsi ilə əldə etmə imkanına sahib olacaqsınız. 

  • Zəmanətli ipoteka kreditindən istifadə etmək üçün ipoteka məbləği üzrə Fond tərəfindən müəyyən edilmiş müvafiq zəmanət haqqı ödənməlidir. (Zəmanət haqqı üzrə tarif dərəcələri növbəti linkdə yerləşdirilmişdir: http://mcgf.gov.az/menu/68)
  • Qeyd edək ki, güzəştli ipoteka kreditinin alınması üçün müraciətlər yalnız Elektron Hökümət Portalı (www.e-gov.az) vasitəsilə mümkündür. Müraciət zamanı qeydiyyatdan keçə bilməyiniz üçün Elektron İmza Tokeni (www.e-imza.az) və ya ASAN imza (www.asanimza.az) əldə etməniz mütləqdir.
  • Güzəştli ipoteka kreditinin alınması məqsədilə müraciətə dair istifadəçi təlimatı üçün: https://www.e-gov.az/home/getfile/2300
  • Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.

Siz də xəyalınızdakı evə sahib olmaq  istəyirsinizsə Azadlıq, Əhməd Rəcəbli, Sumqayıt, Gəncə filiallarımıza yaxınlaşaraq və ya *9229 qısa nömrəsinə zəng edərək  məlumat əldə edə bilərsiniz!

Şərtlər

• Kredit Azərbaycan Respublikasının vətəndaşına verilməlidir
• Kreditin son ödəniş tarixinə borcalanın (borcalanların) yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaşı həddindən çox olmamalıdır
• İpoteka kreditləri fərdi yaşayış evlərinin, bağ evlərinin və 01 yanvar 1970-ci il tarixindən sonra inşa edilmiş çoxmənzilli binalarda yerləşən mənzillərin alınmasına verilir  
• Kreditə alınmış yaşayış sahəsi təminat qismində çıxış edir
• Eyni ipoteka krediti üzrə borcalanlar qismində yalnız yaxın ailə üzvləri – ər/arvad, bacı və qardaş, övlad və valideynlər, baba və nənələr çıxış edə bilər
• Bir şəxs eyni vaxtda yalnız 2 ipoteka krediti üzrə borcalan qismində çıxış edə bilər
• Kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitet ödənişlər) ödənilməlidir
• İpoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə sığortalanmalıdır
• ARİKZF tərəfindən müəyyən olunan digər tələblər
 

Tələb Olunan Sənədlər

•    Borcalanın (borcalanların) şəxsiyyətini təsdiq edən sənəd və sənədin surəti;
•    Nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti; Subay olduğu halda subaylıq haqda arayış;
•    Borcalanın (borcalanların) yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti;
•    Borcalanın (borcalanların) iş yerini və gəlirlərini təsdiq edən sənədlər;
•    Şəxsin güzəştli kateqoriyaya aid olduğunu təsdiq edən sənəd (şəxs güzəştli kateqoriyaya aid olduqda).

Borcalan güzəştli kateqoriyaya aid olduqda əlavə olaraq təqdim olunmalı sənədlər:
•    Borcalanın güzəştli kateqoriyaya aid olmasını təsdiq edən sənəd.


Borcalan (borcalanlar) fərdi sahibkar olduqda:
•    Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçdiyi barədə şəhadətnamənin surəti;
•    Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi.

Güzəştli İpoteka krediti üçün aşağıdakı şəxslər müraciət edə bilər

Yaşı 35-dən Çox Olmayan Gənc Ailə Üzvləri

  • Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
  • Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı, övladları);
  • Azərbaycanın Milli Qəhrəmanı (özü, əri/arvadı, övladları);
  • Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
  • Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
  • Ən azı 3 il dövlət ümumtəhsil müəssisəsində müəllim işləyən şəxs;
  • Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
  • İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer).

Yaşından və Ailə Vəziyyətindən Asılı Olmayaraq Digər Şəxslər

  • Elmlər doktoru elmi dərəcəsi olan şəxs
  • Ən azı 15 il dövlət qulluğu və onun xüsusi növündə xidmət keçən şəxs
  • Ən azı 3 il həqiqi hərbi xidmətdə olan şəxs
  • Ən azı 3 il həqiqi hərbi xidmətdə olan və ehtiyata və ya istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları
  • Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər
  • Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs
  • Ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində   müəllim işləyən şəxs.