Dövlət İpoteka Krediti

Xəyalınızdakı evə gedilən yolda Ziraat Bank Azərbaycan dəstəyini hiss edin!

Ziraat Bank Azərbaycan olaraq Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət fondunun (ARİKZF) vəsaiti hesabına verilən ipoteka kreditini təklif edirik. Zəmanətli və zəmanətsiz olaraq təqdim edilən ipoteka krediti ilə siz 150 000 AZN məbləğində krediti  3 ildən 25 ilədək əldə edə bilərsiniz. Zəmanətsiz adi ipoteka kreditinə müraciət etməklə 30% ilkin ödəniş edərək illik 8 faiz dərəcəsi ilə ev sahibi ola bilərsiniz. 
Əgər siz daha aşağı ilkin ödəniş etməklə ipoteka krediti əldə etmək istəyirsinizsə, bu zaman sizə ARİKZF vəsaiti hesabına verilən zəmanətli adi ipoteka kreditini təklif edirik. Beləliklə, 150 000 AZN məbləğində ipoteka kreditini 15% ilkin ödəniş etməklə  illik cəmi 7 faiz dərəcəsi ilə əldə etmə imkanına sahib olacaqsınız. 

  • Zəmanətli ipoteka kreditindən istifadə etmək üçün ipoteka məbləği üzrə Fond tərəfindən müəyyən edilmiş müvafiq zəmanət haqqı ödənməlidir. (Zəmanət haqqı üzrə tarif dərəcələri növbəti linkdə yerləşdirilmişdir: http://mcgf.gov.az/menu/68)
  • Qeyd edək ki, ipoteka kreditinin alınması üçün müraciətlər yalnız Elektron Hökümət Portalı (www.e-gov.azvasitəsilə mümkündür. Müraciət zamanı qeydiyyatdan keçə bilməyiniz üçün Elektron İmza Tokeni (www.e-imza.azvə ya ASAN imza (www.asanimza.azəldə etməniz mütləqdir.
  • İpoteka kreditinin alınması məqsədilə müraciətə dair istifadəçi təlimatı üçün: https://www.e-gov.az/home/getfile/2300  

Siz də xəyalınızdakı evə sahib olmaq  istəyirsinizsə Azadlıq, Əhməd Rəcəbli, Sumqayıt, Gəncə filiallarımıza yaxınlaşaraq və ya *9229 qısa nömrəsinə zəng edərək  məlumat əldə edə bilərsiniz!

 

Şərtlər

• Kredit Azərbaycan Respublikasının vətəndaşına verilməlidir
• Kreditin son ödəniş tarixinə borcalanın (borcalanların) yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaşı həddindən çox olmamalıdır
• İpoteka kreditləri fərdi yaşayış evlərinin, bağ evlərinin və 01 yanvar 1970-ci il tarixindən sonra inşa edilmiş çoxmənzilli binalarda yerləşən mənzillərin alınmasına verilir  
• Kreditə alınmış yaşayış sahəsi təminat qismində çıxış edir
• Eyni ipoteka krediti üzrə borcalanlar qismində yalnız yaxın ailə üzvləri – ər/arvad, bacı və qardaş, övlad və valideynlər, baba və nənələr çıxış edə bilər
• Bir şəxs eyni vaxtda yalnız 2 ipoteka krediti üzrə borcalan qismində çıxış edə bilər
• Kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitet ödənişlər) ödənilməlidir
• İpoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə sığortalanmalıdır
• ARİKZF tərəfindən müəyyən olunan digər tələblər
 

Tələb Olunan Sənədlər

• Borcalanın (borcalanların) şəxsiyyətini təsdiq edən sənəd və sənədin surəti;
• Nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti; Subay olduğu halda subaylıq haqda arayış;
• Borcalanın (borcalanların) yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti;
• Borcalanın (borcalanların) iş yerini və gəlirlərini təsdiq edən sənədlər;
• Şəxsin güzəştli kateqoriyaya aid olduğunu təsdiq edən sənəd (şəxs güzəştli kateqoriyaya aid olduqda).

Borcalan (borcalanlar) fərdi sahibkar olduqda:
• Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçdiyi barədə şəhadətnamənin surəti;
• Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi.