Müşahidə Şurası

1-Müşahidə Şurasının Sədri - Dr.İlker Met

Orta Doğu Teknik Üniversitesi” Mühəndislik Fakültəsinin, Geologiya Mühəndisliyi üzrə bakalavr və magistr pillələrində təhsil almışdır. “Sakarya Universiteti”-nin İctimai Elmlər Institutunun Biznesin İdarəedilməsi fakültəsininin magistratura dərəcəsini və “Kara Harp" məktəbinin Müdafiə Elmləri İnstitutunun Texnologiyaları İdarəetmə fakültəsinin doktorantura pilləsini  fərqlənmə ilə bitirmişdir. 2000-ci ildə T.C Ziraat Bankı-da kiçik mütəxəssis olaraq işə başlamış və daha sonra mütəxəssis, direktor, layihə meneceri, şöbə müdiri və Korporativ Memari Qrup rəhbəri vəzifələrində çalışmışdır. 2019-cu ilin dekabrından İnsan Resursları Qrupunun rəhbəri vəzifəsində çalışır.

Hazırda həmçinin Ziraat Bank Azərbaycan ASC-nin  Müşahidə Şurasının sədri vəzifəsində çalışır.

2-Müşahidə Şurasının üzvü - Altan Güler

Ankara Universitetinin Siyasi Elmlər Fakültəsinin Ticarət İdaetmə ixtisası üzrə məzunudur. Peşəkar karyerasına 1997-ci ildə Türkiyə Əmlak Bankında Maliyyə Təhlili Mütəxəssisi olaraq başlamışdır. 2001-ci ildə “Türkiye Ziraat Bankı”-da mütəxəssis, direktor, şöbə müdiri və xidmət meneceri kimi fərqli vəzifələrdə çalışmışdır.  2016-cı il fevral ayından 2018-ci il iyun ayınadək Pərakəndə Kreditlərin İdarəetməsi-2 şöbəsinin rəhbəri vəzifəsində çalışan Gülər, 2018-ci ilin iyun ayından bu günədək Pərakəndə Kreditlərin İdarəetməsi-4 şöbəsinin rəhbəri vəzifəsində çalışır.

Hazırda həmçinin Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasının üzvüdür. 

3-Müşahidə Şurasının üzvü - Kemalettin Bayat

Ali təhsilini Hacettepe Universitetinin Dövlət İdarəetməsi və İdarəetmə Elmləri fakültələrinin bakalavr və magistr pillələri üzrə almışdır. 1997-ci ildə Türkiyə Emlak Bankında Maliyyə təhlili üzrə kiçik mütəxəssis vəzifəsində peşəkar karyerasına başlamışdır. Ziraat Bank komandasına 2001-ci ildə Korporativ Kreditlər departamentinin komanda rəhbəri olaraq qoşulmuşdur.  Müxtəlif vəzifələrdə çalışan Bayat, Van Bölgə Müdiri, Eskişehir Bölgə Müdiri və Edirne Bölgə Müdiri vəzifələrində çalışıb. 2019-cu ilin noyabr ayından Pərakəndə Krediti İdarəetmə-2 şöbəsinin rəhbəri vəzifəsində çalışır.

Hazırda həmçinin Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasının üzvüdür.