Xəzinədarlıq və Beynəlxalq Bankçılıq Departamentində Kiçik mütəxəssis vəzifəsinə işə dəvət

Vəzifəyə olan tələblər:

  • Ali təhsil (iqtisadiyyat və maliyyə sahəsində ali təhsil arzu olunandır);
  • Müvafiq sahədə 1 il iş təcrübəsi;
  • Yüksək analitik qabiliyyət;
  • Yüksək kommunikasiya bacarıqları;
  • Biznes bankçılığı məhsulları haqqında məlumatlı olması;
  • Mükəmməl Azərbaycan dili və İngilis dili bilikləri (Türk və Rus dillərini də bilməsi arzu olunandır).
  • Kompüter bilikləri (MS Office)

Əsas vəzifələr: 

  • Bankın gündəlik nağd / nağdsız əməliyyatlar üzrə məzənnələrinin  göndərilməsi;
  • Valyuta mövqelərini səmərəli idarə etmək;
  • Pul, valyuta, qiymətli metallar, törəmə maliyyə alətlərlə və əmtəə bazarında əməliyyatlar aparmaq.
  • Gəlir və likvidlik əldə etmək məqsədilə valyutalarla treydinq/dilinq əməliyyatları aparmaq;
  • Tələb oluna biləcək departamentdaxili müvafiq hesabatların hazırlanması;
  • Vəzifəsindən irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəliklər;
  • Departament əsasnaməsinə uyğun olaraq bu şöbəyə həvalə olunmuş funksiyalar çərçivəsində müvafiq vəzifələrin yerinə yetirilməsini təmin etmək.

Göstərilən tələblərə cavab verən namizədlər mart ayının 31-dək öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Xəzinədarlıq Kiçik mütəxəssis” qeyd edilməsi vacibdir.