İnformasiya Təhlükəsizliyi üzrə mütəxəssis/aparıcı mütəxəssis vəzifəsinə işə dəvət

Vəzifəyə olan tələblər:

  • Ali təhsil(İnformasiya Texnologiyaları, İnformasiya Təhlükəsizliyi sahələri üzrə təhsilə üstünlük verilir);
  • Bank sektorunda iş təcrübəsi;
  • İnformasiya Texnologiyaları, telekommunikasiya və ya Təhlükəsizlik  sahəsində 3 ildən artıq təcrübəyə üstünlük verilir; 
  • Bank qaydalarına və/və ya audit standartlarına dair məlumatının olması;
  • Güclü komanda işləri və layihə idarəetmə təcrübəsinin olması;
  • Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
  • Rus və ingilis dili bilikləri;
  • CISM, Comptia Security +, Comptia CySA və ya digər əlaqəli sertifikatlar olması üstünlükdür;
  • Təhlükəsizlik standartları (İSO 27001, NİST və.s) haqqında biliklər;
  • SIEM, DLP, Vulnerability scanner və digər təhlükəsizlik sistemləri üzrə biliklər;
  • Şəbəkə və sistem təhlükəsizliyi üzrə biliklər;
  • Phishing və digər e-poçt əsaslı hücumlardan qoruma üçün siyasətlərin tətbiqi və müvafiq alətlərin idarə edilməsi;
  • Kibertəhlükəsizlik təhdidlərinin tədqiqi, təhdidlərə dair göstəricilərin (IOC) və təhdid tendensiyalarının müəyyən edilməsi;
  • Sahə üzrə xüsusi modullar və alətlərin inkişaf etdirilməsi zamanı tədqiqat aparılması və davamlı inkişaf etdirilməsi üçün təhlillər;
  • Təhlükəsizlik boşluqlarının aşkarlanması və uyğun risk qiymətləndirilməsinin aparılması;
  • İnformasiya Təhlükəsizliyinə dair əsas bank və nəzarət orqanlarının tələblərinə uyğun qayda və standartların hazırlanması;
  • Təhlükəsizlik insidentlərinin araşdırılması və hesabatların hazırlanması.

Əsas vəzifələr: 

  • Bankın informasiya təhlükəsizliyini qorumaq;
  • Məlumat təhlükəsizlik siyasətinin müəyyənləşdirilməsi və idarə edilməsini təmin etmək; 
  • IT fövqəladə hallar planı ilə işləmək;
  • Məlumat təhlükəsizliyi üçün lazımi tədbirlər həyata keçirmək;
  • Son istifadəçi sistemlərində yoxlamalar aparmaq, boşluqların aradan qaldırılmasını təmin etmək;
  • Texniki avadanlığın iş təhlükəsizliyini nəzarət etmək və serverlərin və şəbəkə avadanlıqlarının təhlükəsizliyini yoxlamaq;
  • İnformasiya təhlükəsizliyini qorumaq üçün daim təkmilləşdirilmə işlərini irəli sürmək , o cümlədən sanksiya olunmamış daxili və xarici müdaxilələrdən qorunmasını təmin etmək;
  • Sistemlərin dayanıqlığının təmin olunmasına daim nəzarət etmək;
  • Antivirus proqramlarına və firewalların düzgün sazlanmasına və işlək vəziyyətdə saxlanmasına nəzarət etmək;
  • Sistemlərin fasiləsiz fəaliyyətinin həyata keçirilməsi üçün Bankın Ehtiyat Mərkəzinin dayanıqlığını yoxlanılmasında iştirak etmək.

Göstərilən tələblərə cavab verən namizədlər mart ayının 31-dək öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “İnformasiya Təhlükəsizliyi üzrə mütəxəssis/aparıcı mütəxəssis” qeyd edilməsi vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.