Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlığımız çərçivəsində Fondun vəsaiti hesabına müştərilərimizə avadanlıq krediti güzəştli şərtlərlə kreditlər təklif edirik.
Avadanlıq krediti - avadanlıqların girov qoyulması yolu ilə mövcud avadanlıqlarını yeniləmək və ya yeni avadanlıqlar əldə etmək istəyən sahibkarlıq subyektlərinə təqdim edilir.
Kreditin məbləği: 5 000 – 3 000 000 AZN vəsaiti əhatə edir.
Kreditin müddəti: 5 ilədək
Faiz dərəcəsi: İllik 9%-dək
Güzəşt müddəti: 12 ayadək*
*Avadanlığın quraşdırılması üçün tələb olunan vaxt nəzərə alınmaqla
İlkin ödəniş: Sahibkarlıq subyekti tərəfindən avadanlığın qiymətləndirilmiş satış dəyərinin minimum 20%-i (yerli istehsal məhsulu olan avadanlıqlar üçün 10%)
Lazımi sənədlər:
-
Sahibkarlıq subyektinə aid məlumatların Fonda ötürülməsinə dair sahibkarın razılığını təsdiq edən sənədin əsli;
-
200 000 manatadək kreditlər üzrə sahibkarlıq subyektinin investisiya layihəsinə dair məlumat, 200 000 manatdan böyük kreditlər üzrə biznes plan;
-
VÖEN-in surəti;
-
Şəxsiyyət vəsiqəsinin surəti;
-
Sahibkarın fəaliyyət göstərəcəyi yerə və ya əmlaka dair sənədlərin surətləri.
- Avadanlığın qiymətləndirilməsi haqqında sənədin surəti;
-
Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən əldə olunan yüklülük bildirişinin surəti;