Bankkart ilə kredit və debet kartlarınızı tək kartda birləşdirdik!
Bankkart kredit kartı həm kredit, həm debit kartlarının funksionallığını özündə birləşdirərək Sizi çox sayda kart daşımaqdan azad edir. Ön tərəfi kredit, arxa tərəfi isə debet kartı olmaqla həm nağdsız ödənişlərinizdə, həm də nağdlaşdırma əməliyyatlarınızda sadəcə kartı daxil etdikdən sonra ekranda istifadə etmək istədiyiniz tərəfi seçə bilərsiniz. Təmassız əməliyyatlarınızı Bankkartınızın kredit tərəfi ilə 100 AZN-ə qədər şifrəsiz, 100 AZN-dən yuxarı olduqda isə şifrənizi daxil etməklə icra edə bilərsiniz.
VISA və MasterCard olmaqla 1, 3, 5 il müddətinə Sadə və Platinum növlərində təqdim edilən Bankkart Kredit kartının üstünlükləri ilə tanış olun.
Bankkart kredit kartının xüsusiyyəti
Bankkartın kredit kartı tərəfi ilə siz alış verişləriniz zamanı 40 günədək (növbəti ayın 10-dək) güzəşt müddəti əldə edə, istənilən ödənişinizi 12 aya hissəli faizlə ödəyə, partnyorlarda 12 ayadək faizsiz hissəli ödəmədən faydalana və ən əsası Keşbek qazana bilərsiniz. Beləliklə siz Bankkartın həm bir çox üstünlüklərindən yararlanaraq, qazandığınız keşbeklərlə daha çox alış-veriş edə bilərsiniz.
Digər:
- Kartın növləri: VISA Classic, Mastercard Standart, VİSA Platinum və Mastercard Platinum
- İllik faiz dərəcəsi: Sadə kartlar üzrə 20%, Platinum kart üzrə 18%
- Nağd pul ehtiyaclarınızı bankomatlarımızdan, eləcə də Türkiyədə və digər ölkələrdə Visa/MasterCard emblemli bütün bankomatlardan dərhal qarşılaya bilərsiniz.
- Onlayn alış-verişlərinizdə siz Bankkartın həm kredit, həm də debet kartı xüsusiyyətlərindən faydalanaraq 3D təhlükəsizlik sistemi ilə (3D Secure) etibarlı şəkildə əməliyyatlarınızı icra edə bilərsiniz.
- Bankkart-ın təmassız xüsusiyyəti ilə sürətli və təhlükəsiz alış-verişdən faydalanıb zamanınıza qənaət edə bilərsiniz.
- FİFD - 19.3%-dir.
Siz də Bankkart Kredit kartına sahib olmaq istəyirsinizsə filial şəbəkəmizə yaxınlaşaraq müraciət edə bilərsiniz.
Bankkart kredit kartının ayrılması üçün tələblər:
Vətəndaşlıq:
- Azərbaycan Respublikası vətandaşları;
- Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olmaqla əsas iş yeri Azərbaycan Respublikası olan Türkiyə Respublikası vətəndaşları.
Yaş həddi:
- Minimal yaş həddi - 22 yaş
- Maksimal yaş həddi-kredit müqaviləsinin bağlanma tarixi borcalanın təqaüd yaşını keçməməlidir.
Lazimi sənədlər:
- Şəxsiyyət vəsiqəsi, Xarici ölkə vətəndaşının müvəqqəti yaşayış icazəsi